Pircamal

Xocalı rayonunda kənd

PircamalAzərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.[2]

Pircamal
39°54′09″ şm. e. 46°53′00″ ş. u.
Ölkə Azərbaycan
RayonXocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü725 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 268 nəf. (2008)[1]
Xəritəni göstər/gizlə
Pircamal xəritədə
Pircamal
Pircamal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Pircamal kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini qədim Beylaqandan köçüb gəlmiş ailələr salmışlar.[3]

Ermənilər tərəfindən Vardadzor adlandırılır.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pircamal kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Toponimikası

XIX əsrin II yarısına məlumata görə kənd mənşəcə Bəyləqan (əsli Biləqan) şəhərindən çıxma ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1828-ci ildən sonra kənddə ermənilər də yerləşdirilmişdir.[4]

Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal pirinin adi ilə bağlıdır.[3]

Əhalisi

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pircamal kəndinin əhalisinin faktiki sayı 155 nəfər, qeydiyyatdakı əhalinin sayı 193 nəfər təşkil edirdi[5].

Həmçinin bax

İstinadlar