Plan (Coğrafiya)

Məhəlin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrivsiz) təsvirinə plan deyilir. Plan kiçik ərazini əhatə etdiyi üçün ölçmə zamanı Yerin əyriliyi təcrübi olaraq nəzərə alınmır. Radiusu 10 km və bundan kiçik olan əraziləri plana alarkən Yerin əyriliyindən yaranan təhrif 1:10000 və ondan böyükmiqyaslı plan üzərində aparılna ölçü və hesablama işlərinin dəqiqliyindən az olduğu üçün belə əraziləri müstəvi səth kimi qəbul etmək olar.[1]

Planalma

Planalmanın aşağıdakı növləri var:

Gözəyarı planalma (Üfüqi planaalma)

Bu planalma zamanı obyektlərin üfüqi koordinatları təyin edilir və kağız üzərində obyektlərin yalnız konturları təsvir olunur.

Şaquli planalma

Bu zaman yer səthində olan yüksəkliklər ölçülür və kağız üzərinə ərazinin ancaq relyefi təsvir olunur.

Üfuqi-şaquli planalma

Bu zaman isə Yer səthində olan obyektlərin konturu ilə yanaşı, relyef də plana alınır. Planalmada başlıca məqsəd ərazinin topoqrafik plan və ya xəritəsini tərtib etməkdən ibarət olduğu üçün çox vaxt üfuqi-şaquli planalmaya topoqrafik planalma deyilir.

Xarici keçid

Həmçinin bax

İstinad