Plitviçka Gölləri Milli Parkı

Plitviçka Gölləri Milli ParkıXorvatiyanın ən böyük milli parkı. 16 göldən ibarətdir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Plitviçka Gölləri Milli Parkı
Nacionalni park Plitvička jezera
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 296,85 km²
  • 29.630,77 ha[1]
Yaradılma tarixi8 aprel 1949
Ziyarətçi sayı
  • 1.720.331 nəf. (2017)[2]
Yerləşməsi
44°52′49″ şm. e. 15°36′57″ ş. u.
Ölkə
np-plitvicka-jezera.hr
Plitviçka Gölləri Milli Parkı xəritədə
Plitviçka Gölləri Milli Parkı
Plitviçka Gölləri Milli Parkı
TipiTəbii
Kriteriyavii, viii, ix
Tarixi1979 (3-sü sessiya)
İstinad nöm.98
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Plitviçka Gölləri Milli Parkı Cənub-Şərqi Avropanın ən qədim milli parkı və Xorvatiyanın ən böyük parkıdır. Bosniya və Herseqovina sərhədində yerləşən kalsium və əhəng daşından ibarət karst (aşınıma qarşı müqavimətsiz, əhəng daşı kimi asan əriyə bilən qayalardan ibarət olan ərazi) dağ bölgəsindəki park 1949-ci ildə milli park elan edilmişdir.

Göy,yaşıl,boz,mavi və s. rəngdə dəyişən fərqli rəngləri ilə möhtəşəm mənzərələr meydana gətirən 16 göldən meydana gəlmişdir. Göllər bir-birindən təbii su anbarları ilə ayrılmışdır. Sudakı mineral və orqanizmlərin sıxlıq fərqlərinə və günəş işığının gücünə bağlı olaraq göllərin rəngləri davamlı olaraq dəyişir. Parkın bəzi bölgələri 700 illik küknar meşələri ilə örtülüdür. Bölgənin fauna və florası çox müxtəlifdir.

Tarixi

Milli parkın logosu

1493-ci ildəki Osmanlı-Avstriya müharibəsi bu bölgəyə çox yaxın ərazilərdə baş vermiş, Osmanlı ordusu Xorvatiya və Macarıstan içlərinə qədər irəliləmişdir. 1527-ci ildə Avstriya kralı Ferdinand Osmanlını dayandırmaq məqsədilə Xorvat Kralı olaraq seçilmişdir. Lakin bölgə 150 ​​il boyunca Osmanlı hakimiyyətində qalmışdır.

1991–1995-ci illərdəki qanlı döyüşlərdə milli parkdakı bir çox yer yandırılıb yıxılmış və bölgədəki minalar səbəbiylə park WHS Təhlükəli bölgə siyahısına girmişdir. Döyüşdən sonra bölgə minalardan təmizlənmiş və 1998-ci ildə Təhlükəli siyahısından çıxardılmış yalnız WHS siyahısında qalmışdır.[3]

Gölləri

Gölsahə (ha)dərinlik (m)
Proşçansko gölü69.037
Kiqinovak gölü7.511
Okruqlyak gölü4.115
Batinovak gölü1.56
Veliko gölü1.58
Malo gölü2.010
Vir gölü0.65
Qalovak gölü12.525
Milinovo gölü1.01
Qradinsko gölü8.110
Buk gölü0.12
Kozyak gölü81.547
Milanovak gölü3.219
Qavanovak gölü1.010
Kaluđerovak gölü2.113
Novakovitsa gölü0.45
Plitviçka Gölləri217.0 

İstinadlar