Polşa mətbəxi

Polşa mətbəxi (pol. kuchnia polska) — Polşa mətbəxi öz yeməkləri ilə məşhurdur. Polşa mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Polşa mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır[1][2][3][4].

Haqqında

Polşa mətbəxi hisə verilmiş ət və kolbasa, şirniyyat və desertlərilə, xüsusən də piroqları ilə məşhurdur. Yolunuz Polşaya düşsə, mütləq kələmli və göbələkli piroqlar, jurek (turş çovdar şorbası) və mal əti ruletlərdən dadın. Ziyafətlər Polşa mətbəxinin ayrılmaz hissəsidir. Əsrlər boyu baş verən tarixi dəyişikliklər Polşa mətbəxinə də təsirsiz ötüşməyib. Müxtəlif tarixi hadisələr region mətbəxlərində iz qoyub. Belə ki, qonşu ölkələr və immiqrantların təsiri xörəklərin müxtəlifliyi və zənginliyində əks olunub. Polşada kənd təsərrüfatı yaxşı inkişaf etdiyindən, milli mətbəxində yarmalar xüsusi yer tutur – çörək və blinlər Polyakların sevimli qidalarından sayılır. Tərəvəzli və ya ətli xörəklərlə yanaşı, tərəvəz şorbaları Polşa mətbəxində xüsusi yer tutur. Polyaklar maral əti, göbələk, meyvə və meşə otlarından geniş istifadə edir. Balıq və balıq məhsulları polyakların imtinaedilməz ərzaqlarındandır. Bir çox milli xörəklər ilkin reseptləri ilə hazırlanır və heç bir dəyişiklik olunmayıb. Polşada qəlyanaltı üçün yağ, sirkə və ya qaymaqda olan siyənək balığını seçmək olar. Ən çox sevilən Polşa xörəklərdən biri biqosdur. Biqos müxtəlif ət növləri, göbələk, bişirilmiş təzə kələm və turş kələmdən hazırlanan xörəkdir. Qolabki tomat və ya qaymaq sousu ilə verilən içi ət və düyü ilə doldurulmuş kələm yarpaqlarıdır. Bekon və ya turşular ilə doldurulmuş mal əti ruleti də Polşada məşhurdur[5][6][7][8][9][10][11][12].

Şorbalar arasında çuğundurlu borş əsas yerlərdən birini tutur. Jurek şorbası çovdar unla hazırlanır və süfrəyə ağ kolbasa, bərk bişirilmiş yumurta, qıtıqotu ilə verilir. Meşə göbələklərindən hazırlanmış göbələk şorbası da fərqli dada malikdir. Ənənəvi piroqlar ət, pendir və ya meyvə ilə hazırlanır. Desertlərin arasında ən məşhurları meyvəli piroqlardır. Polşa mətbəxində turş kələm xüsusi yer tutur[13][14][15]. Çünki o, bir çox xörəklərdə istifadə olunur və ayrıca salat kimi süfrəyə verilir. Turş kələm doğranılaraq duzlu suda qıcqırdılır. O, C, PP və bir çox B qrup vitaminlərlə zəngindir. Vodka ənənəvi Polşa içkisi hesab olunur. Lakin Polşada pivə hazırlama ənənəsi var ki, bu səbəbdən Polşa pivəsi bütün dünyada bəyənilir. Meyvə likörünü də polyaklar qədər ləziz hazırlayan ikinci millət tanıya bilməzsiniz. Polyak mətbəxinin əsas təamı biqosdur (ətli pörtlədilmiş kələm)[14][16][17][18][19][20][21].

Qalareya

İstinadlar

Xarici keçidlər