Politico

Politico — mərkəzi Virciniya ştatının Arlinqton şəhərində yerləşən ABŞ siyasi jurnalistika mediası şirkəti.[2] Şirkətin məzmunu Amerika Birləşmiş Ştatlarında və beynəlxalq miqyasda siyasət və idarəetmə mövzularını əhatə edir. Şirkətin yaratdığı məzmun televiziya, internet, "The Politico" və radio vasitəsilə yayımlanır. Mövzulara ABŞ Konqresi, lobbiçilik, KİV-lər və prezident administrasiyası də daxil olmaqla Vaşinqtonu əhatə edir.[3]

Politico
Loqonun şəkli
Ümumi məlumatlar
Tipiözəl
Sənayekütləvi informasiya vasitələri
MəhsullarıPolitico (qəzet)
Politico Magazine (yarımaylıq jurnal)
Politico.com (veb-sayt)
Politico Europe (qəzet)
Politico.eu (veb-sayt)
Protocol.com (veb-sayt)
POLITICOPro.com (abunə xidməti)
Təsis tarixi23 yanvar 2007
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 700 nəf. (15 fevral 2024)[1]
Ana şirkətCapitol News Company
politico.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con F. Harris və Cim Vandehey "The Washington Post" qəzetindən ayrılaraq müvafiq olaraq "The Politico" qəzetinin baş redaktoru və icraçı redaktoru vəzifələrini daşımağa başladılar. Şirkət 23 yanvar 2007-ci il tarixində fəaliyyətə başlamıdır.[4][5] [6][7] Frederik C Rayan (kiçik) şirkətin birinci prezidenti və icraçı direktoru idi.[8] Robert L. Albrayton şirkətin qurucusu və yayımçısıdır. 2013-cü ilin oktyabrında "The Politico"nun uzun müddətdir redaktoru olan Cim Vandehey şirkəti icraçı direktoru və prezidenti olmuşdur.

2015-ci ildə "Politico" Belkiçanın Brüssel şəhərində "Politico Europe" adlı bir Avropa bürosu açmışdır.[9]

İstinadlar

Xarici keçidlər