Pomeraniya voyvodluğu

Pomeraniya vilayəti (pol. Województwo pomorskie) — Polşanın şimalında yerləşən vilayətdir. İnzibati mərkəzi və ən böyük şəhəri Qdansk şəhəridir. Əhalisi 30 iyun 2015-ci il siyahıyaalmasına əsasən 2,304,722 nəfər təşkil edir.[2]

Pomeraniya voyvodluğu
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]

54°11′ şm. e. 18°00′ ş. u.


Ölkə
İnzibati mərkəzQdansk
Tarixi və coğrafiyası
Sahəsi
  • 18.293 km²
Əhalisi
Əhalisi
  • 2.300.000 nəf. (2019)
Rəqəmsal identifikatorlar
ISO koduPL-22
Avtomobil nömrəsiG
Rəsmi sayt
Pomeraniya voyvodluğu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Müasir Pomeraniya vilayəti 1 yanvar 1999-cu ildə inzibati islahat nəticəsində yaradılıb və Qdansk, Elblong şəhərləri ərazisinə daxil edilmişdir.

Coğrafiyası

1 yanvar 2014 ilinə əsasən vilayətin sahəsi 18 310,34 km² olmuşdur.

Məlumata görə, 31 dekabr 2012-ci ildə Pomeraniya vilayətinin 36,3%-ni təşkil edən meşələr 664,4 min hektar ərazini əhatə edirdi. Meşələrin 9,8 min hektarı milli parkların sərhədləri daxilində yerləşirdi.

İnzibati bölgüsü

Pomeraniya vilayətinin sərhədlərinə 16 qraflıq daxildir.

Gerbİlçəİnzibati mərkəzSahəsi
(km²)
Əhalisi
(2015)
1 Bitov qraflığıBitov2192,8178 670
2 Veyxerov qraflığıVeyxerevo1279,84208 572
3 Qdansk qraflığıPrus-Qdansk793,17108 485
4 Kartuz qraflığıKartuz1120,04128 062
5 Kvidzın qraflığıKvidzın834,6483 509
6 Koşçezina qraflığıKoşçezina1165,8571 537
7 Lembork qraflığıLembork706,9966 191
8 Malbork qraflığıMalbork494,6364 208
9 Novodvur qraflığıNovo-Dvur-Qdansk652,7536 230
10 Puçk qraflığıPuçk577,8582 755
11 Slupsk qraflığıSlupsk793,1797 748
12 Staroqard qraflığıStaroqard-Qdansk1345,28127 292
13 Tçev qraflığıTçev697,54115 984
14 Xoyniçe qraflığıXoyniçe1364,2596 351
15 Çluxov qraflığıÇluxov1574,4156 966
16 Ştum qraflığıŞtum730,8542 366

İnzibati bölgünün tarixçəsi

Vilayət ərazisinin böyük bir hissəsi Şərq Pomoriyasının ərazisində yerləşmişdi. Bundan başqa, onun şimal-qərb hissəsi Qərb Pomoriyasına, şərq hissəsi isə Prussiyaya aid olmuşdur.

Əhalisi

2015-ci il siyahıyaalmalarına əsasən vilayətin əhalisi 2,304,722 nəfər təşkil etmişdir. Ən çox əhaliyə malik qraflıq isə Beyxerov qraflığı olmuşdur.

Nəqliyyat

Vilayətdə istifadə olunan qatarlardan biri

2016-cı ildə vilayətdə dəmir yolunun xidmətlərindən istifadə edən 53,7 milyon sərnişin qeydə alınmışdır. Onların 94%-i regional və aqlomerasiya münasibətlərində gedir. Vilayətin hər sakini il ərzində vilayət daxilində 23,3, ölkə miqyasında isə orta hesabla 7,6 km səfər edib.

Pomeraniya vilayəti hal-hazırda Marşal şirkətindən alınmış 25 dartma elektrik qovşağının və 27 relsli avtobusun sahibidir.

İstinadlar

Həmçinin bax