Port (kompüter şəbəkəsi)

Port və ya port nömrəsikompüter şəbəkəsində əlaqənin son nöqtəsini unikal şəkildə müəyyən etmək və məlumatları xüsusi xidmətə yönləndirmək üçün təyin edilmiş nömrə. Proqram səviyyəsində, əməliyyat sistemi daxilində port xüsusi prosesi və ya şəbəkə xidmətinin növünü müəyyən edən məntiqi konstruksiyadır. Hər bir nəqliyyat protokolu və ünvan kombinasiyası üçün proqram səviyyəsində bir port ona təyin edilmiş port nömrəsi ilə müəyyən edilir. Port nömrələrindən istifadə edən ən çox yayılmış nəqliyyat protokolları Transmission Control Protocol (TCP) və User Datagram Protocol (UDP); bu port nömrələri 16 bitlik nömrələrdir.

Port nömrəsi həmişə IP ünvanı və rabitə üçün istifadə edilən nəqliyyat protokolunun növü kimi hostun şəbəkə ünvanı ilə əlaqələndirilir. Mesajın təyinat və ya mənşə ünvanını tamamlayır. Xüsusi port nömrələri xüsusi xidmətləri müəyyən etmək üçün qorunur ki, gələn paket asanlıqla işləyən proqrama yönləndirilə bilsin. Bu məqsədlə 1024-dən aşağı olan port nömrələri tarixən ən çox istifadə edilən xidmətləri müəyyən edir və onlara tanınmış port nömrələri deyilir. Daha yüksək nömrəli portlar proqramlar tərəfindən ümumi istifadə üçün mövcuddur və efemer portlar kimi tanınır.

Port nömrəsi

Ümumi port nömrələri

Tanınmış portlar (həmçinin sistem portları kimi tanınır) 0-dan 1023-ə qədər nömrələnmiş portlardır. Bu diapazonda yeni təyinatlar üçün tələblər digər qeydiyyatlara nisbətən daha sərtdir.[1]
Tanınmış port nömrələri
NömrəsiTəyinatı
20File Transfer Protocol (FTP) Məlumat ötürülməsi
21File Transfer Protocol (FTP) Komanda nəzarəti
22Secure Shell (SSH) Təhlükəsiz Giriş
23Telnet remote login service, unencrypted text messages
25Simple Mail Transfer Protocol (SMTP) email delivery
53Domain Name System (DNS) xidməti
67, 68Dynamic Host Configuration Protocol (DHCP)
80Hypertext Transfer Protocol (HTTP) World Wide Web-də istifadə olunur
110Post Office Protocol (POP3)
119Network News Transfer Protocol (NNTP)
123Network Time Protocol (NTP)
143Internet Message Access Protocol (IMAP) Elektron poçtun idarə edilməsi
161Simple Network Management Protocol (SNMP)
194Internet Relay Chat (IRC)
443HTTP Secure (HTTPS) HTTP üzərində TLS/SSL
546, 547DHCPv6 DHCP-nin IPv6 versiyası

Həmçinin bax

İstinadlar