Portal:Seylor Mun

Seylor Mun (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn?, orijinal tərcüməsi Gözəl Qoruyucu Seylor Mun və daha sonra Gözəl Qoruyucu Seylor Mun)yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şəhzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō?) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi?) komandasına başçılıq edir.


Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl Qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır. Manqa seriyasından ilham alınaraq ranobelər, kart oyunları, şəkillər, myuzikllar, musiqilərvideo oyunlar da hazırlanmışdır. Manqanın ingilis versiyasının Şimali Amerikada yayımlanması Kodansha Comics USA tərəfindən, AvstraliyaYeni Zelandiyada yayımlanması Random House Australia tərəfindən lisenziyalaşdırılmışdır. Animenin ingiliscə dublajının Şimali Amerikada göstərilməsi Viz Media tərəfindən, AvstraliyaYeni Zelandiyada göstərilməsi Madman Entertainment tərəfindən lisenziya hüququ əldə etmişdir.


Redaktə Seçilmiş məqalə

"Moonlight Densetsu / Heart Moving" (ムーンライト伝説/HEART MOVING?, "Moonlight Legend / ...") — Dali və Misae Takamatsunun sinqlı. 1992-ci ilin 21 martında Yaponiyada yayımlanmışdır. Sinqlın Dali tərəfindən hazırlanmış versiyası "Seylor Mun" animesinin ilk iki mövsümünün açılış mahnısı, Moon Lips tərəfindən hazırlanmış versiyası isə növbəti iki mövsümünün açılış mahnısı kimi istifadə olunmuşdur.

"Moonlight Densetsu" mahnısı Yaponiyada böyük uğur qazanmışdır. 1995-ci ildə Yaponiya Səsyazma Assosasiya Kompaniyası tərəfindən qızıl sertifikasiya almışdır. 2008-ci ildə Yaponiyanın Goo axtarış sistemi tərəfindən mahnı 1991-2000-ci illərin ən məşhur anime mahnısı seçilmişdir.


Redaktə Seçilmiş bioqrafiya

Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko?, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu)yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır.

1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür.

Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var. O, ailəsinin üzvlərinin adlarını "Seylor Mun" manqasında istifadə etmişdir. Bunu verdiyi açıqlamaqlarda və müsahibələrdə tez-tez bildirir.


Redaktə Xəbərlər
Son xəbərlər


Redaktə Seçilmiş şəkil
Redaktə Seçilmiş personaj

Seylor Mun (セーラームーン, Sērā Mūn?)Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının baş qəhrəmanı. Əsl adı Usaqi Tsukinodur. (月野 うさぎ, Tsukino Usagi?) İlk dəfə 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında nəşr olunmuş "Seylor Mun" manqasının ilk fəslində ("Usaqi - Seylor Mun") qayğısız qız və Seylor döyüşüçlərinin de-fakto lideri kimi peyda olmuşdur. Uzun müddət özünü Yer sakini hesab etmişdir, lakin daha sonra Aydakı Gümüş Minillik Krallığından olduğunu öyrənmişdir. Əsl adının Şahzadə Sereniti (プリンセス・セレニティ, Purinsesu Sereniti?) olduğunu kəşf etmişdir.

"Seylor Mun" manqasında Usaqi Ay şahzadəsinin axtarışında olan Luna ilə rastlaşır. Luna ona Yeri şər qüvvələrdən qorumaq vəzifəsinin verildiyini görür və ona Seylor Muna çevrilmək üçün broşka verir. Vəzifəsinin şahzadəni tapmaq, Əfsanəvi Gümüş Kristalı qorumaq və digər Seylor döyüşçülərini kəşf etməkdən ibarət olduğunu açıqlayır. Usaqi təcrübə qazandıqdan sonra kainatın ən güclü döyüşçülərindən biri olur və Yeri onu məhv etmək istəyən düşmənlərindən qoruyur. Usaqi zəif ikən qayğısız və gümrahdır, lakin döyüşərkən ciddi olur.

Müsbət personaj kimi Usaqi demək olar ki, bütün seriyalarda, animelərdə, video oyunlarda və teleseriallarda peyda olmuşdur. "Seylor Mun" seriyasının bacı seriyası olan "Codename: Sailor V"-də kameo görüntüsü görünmüşdür. Qərb dünyası Seylor Munu animelərlə tanımışlar. Seylor Mun personajı bir çox müsbət rəy almışdır və bütün zamanların ən məşhur və əhəmiyyətli qadın super qəhrəmanlardan biri hesab olunur.

Daha çox
Redaktə Bilirsinizmi...
  • ...Naoko Takeuçi oğlunun ad günü hədiyyəsi kimi "Oboo-nu- to Chiboo-nu-" uşaq kitabını yazmışdır.
Daha çox...
Redaktə Seçilmiş sitat

Starlaytlar dedilər mənə...əgər mən təslim olmasam, onlar həmişə mənim yanımda olacaqlar! Mən təslim olsam, hər kəs, doğrudan da, gedə bilər! Buna görə də təslim olmayacağam! Heç vaxt!

Seylor Mun, animenin 200-cü seriyasında düşməni Seylor Qalaksiya qarşısında.



Redaktə Mövzular
Redaktə Vikilayihələr
Rəsmi
  • Seylor Mun işçi qrupu
Əlaqəli


Serverin keşini təmizlə