Portal:Yaponiya/Tarixə nəzər

Pörl-Harbora hücum, yapon mənbələrində Havay əməliyyatıYaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumu. Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük BritaniyaNiderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq idi. Əməliyyat yapon vitse-admiralı Tuiti Naqumonun rəhbərliyi altında, 6 aviadaşıyıcı gəmidən qalxan 353 təyyarə vasitəsilə iki ayrı dalğa şəklində həyata keçirilmişdir. Birinci dalğa 50 bombardmançı, 40 torpedodaşıyan bombardmançı, 54 qırıcı-bombardmançı və 45 qırıcı təyyarənin iştirakı ilə həyata keçirildi. Onlar Havay vaxtı ilə saat 07:48-də hücum haqqında əmr aldılar. Saat 07:55-də qırıcı-bombardmançılar Pörl-Harbordakı Uiler aerodromuna, saat 07:57-də torpedodaşıyan bombardmançılar xətt gəmilərinə, saat 08:00-da qırıcılar aerodromlarda dayanan təyyarələrə, saat 08:05-də isə bombardmançılar xətt gəmilərinə ardıcıl zərbələr endirdilər. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …