Praqa prosesi

Praqa prosesi (ing. Prague Process) — 2004-cü ildən etibarən AzərbaycanErmənistan Xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa danışıqlar.

Tarixi

ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin AzərbaycanErmənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər.[1] Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olundu.[1] 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi.

2004-cü il aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada keçirilən görüşü sonradan çoxraundlu danışıqlar sürəcinə çevrilməklə «Praqa prosesi» adlanmağa başladı.[1][2] Sonra bu prosesə digər elementlər əlavə olundu. Praqa prosesinin ilk mərhələsi 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində keçirilən və geniş beynəlxalq ajiotaja rəğmən nəticəsiz qalan danışıqlarla yekunlaşdı.[2] 2007-ci ilin noyabrında, həmsədrlər Praqa prosesinin ilkin nəticəsi kimi Madriddə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə tərəflərə nizamlamanın baza prinsiplərinə dair layihə təqdim etdilər.[2] O vaxtdan danışıqlar prosesi Madrid prinsipləri ətrafında gedir.[2] Bu layihəni Qarabağ sülh prosesinin ilkin "yol xəritəsi" də hesab etmək olar.[2]

İstinadlar