Psixoanaliz və Din (Fromm)

Psixoanaliz və Din — alman sosioloq və psixoloqu Erix Frommun 1950-ci ildə yazdığı əsər.

Psixoanaliz və Din
ing. Psychoanalysis and Religion
Kitabın may 2018-ci il azərbaycanca nəşrinin üzlüyü.
Kitabın may 2018-ci il azərbaycanca nəşrinin üzlüyü.
MüəllifErix Fromm
JanrRoman
Orijinalın diliİngiliscə
ÖlkələrTürkiyə Türkiyə
Orijinalın nəşr ili1950
TərcüməçiKəpəz (Pənahlı) Məmmədov
RəssamFirdovsi Səfərov
NəşriyyatTurkkitab.Az (2018)
Səhifə120 (2018)
Tiraj1000
ISBN978-0-300-00089-4

Məzmun

"Avtoritar din çox vaxt insanlara — insanın həqiqi həyatı ilə bir əlaqəsi olmayan — qeyri-müəyyən və əlçatmaz prinsipləri sırımağa çalışır. Hal-hazırkı vəziyyətdə yaşayan insanların həyatları və xoşbəxtlikləri "ölümdən sonrakı həyat" və ya "cəmiyyətin gələcəyi" kimi ideologiyalar uğrunda asanlıqla qurban edilə bilir. Çünki, bu ideologiyalar uğrunda bütün vasitələrə əl atmağa dəyər və beləcə bu ideologiyalar dindar və ya hüquqi "fərqlənmiş" zümrənin əlində bütün insanların həyatlarını idarə etmək üçün bir vasitəyə çevrilir."

Bu kitab, psixoanalizdəki xaotik dünyamızı əks etdirən və üsyana sövq edən bir əsərdir. Dinin nəzərdən qaçırdığı nüansları vurğulamaqla yanaşı, həm psixologiya, həm də din müəllimlərinə dəyərli informasiya mənbəyi təşkil edir. Kitab psixoanalizin şüuraltı çaxnaşmalarını işıq üzünə çıxarmağa kömək edəcəkdir.

Nəşr və tərcümə

Əsər Kəpəz (Pənahlı) Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Taleh Hüseynovun redaktorluğu, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə Seymur Həsənli tərəfindən nəşrə hazırlanmış, 2018-ci ilin may ayında Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 120 səhifədə 1000 tirajla nəşr edilib.

Əsərin Elmar Namazın tərcüməçisi olduğu variantı isə Cavid Qədir və Taleh Eminoğlunun redaktorluqları ilə "Kitabsevərlər" hərəkatı tərəfindən Bakıda 2018-ci ilin may ayında "Elm və Təhsil" Nəşriyyatında nəşr edilib.[1][2]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər