Qırmızı göl (Xorvatiya)

Qırmızı göl (xorv. Crveno jezero) — Xorvatiyanın cənubunda şirin sulu göl. Karst mənşəli olan bu göl Xorvatiyanın İmotski şəhəri yaxınlığında yerləşir. Qırmızı göl də qonşu Modro gölü kimi dərin karst çuxurunda yerləşir. Göl yeraltı mağaranın dağılması nəticəsində formalaşmışdır[1]. Göl öz adını onu əhatə edən qırmızı-qəhvəyi rəngdə olan qayalıqdan almışdır. Süxürlar üzərində çoxlu miqdarda ferritlər toplanıb[1]. Göl üç tərəfdən dik qayalarla əhatələnib, bir tərəfi isə 1942-ci ildə baş vermiş zəlzələ zamanı dağılmışdır[2].

Qırmızı göl
xorv. Crveno jezero
Ümumi məlumatlar
Mütləq hündürlüyü281 m
Eni0,2 km
Uzunluğu0,2 km
Sahəsi0,03 km²
Dərin yeri287 m
Minerallaşma tipişirin
Yerləşməsi
43°27′16″ şm. e. 17°11′56″ ş. u.
Ölkə Xorvatiya
Qırmızı göl xəritədə
Qırmızı göl
Qırmızı göl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Xorvat mağara assosiyasiyasının təşkil etdiyi beynəlxalq ekspedisiyasının ölçmələrinə görə mağara çuxurunun hündürlüyü 528 metr, gölün dərinliyi isə 287 metrdir. Bu göl Avropanın ən dərin göllərindən biri hesab olunur. Göldə suyun səviyyəsi düşən yağıntıların miqdarından asılıdır. Suyun səviyyəsi bəzən 30-50 metr dəyişə bilir. Gölün eni və uzunluğu eynidir — 200 metr.

Mağara çuxurunun həcmi təxminən 25—30 milyon km³-dir. Bunun 16 milyon km³-i su ilə doludur[2]. Həcminə görə də bu mağara çuxuru dünyanın ən böyük çuxurlarından biri hesab olunur[2]. Göldən su yeraltı axınla çıxır. Göl suyunun temperaturu dərin qatlarda 7 – 8°С olur. Suyu təmiz və şəffafdır.

Göl suyunda endemik Delminichthys adspersus və Adi ilişgən balıqlarına rast gəlinir[3][4]. İlin quraq vaxtlarında bu balığa ətraf çaylarda və göllərdə rast gəlinir. Bu onu göstərir ki, gölün digər su hövzələrlə yeraltı axın vasitəsilə əlaqəsi var.[2]

2001-ci ildə gölün 175 metr dərinliyində uzunsov kanal formasında mağara aşkar edilmişdir. Sualtı mağaranın ölçüləri təxminən 30 × 30 metrdir[5].

Mənbə

  • Ozimec, Roman; Jalžić, Branko; Jelić, Dušan. "Preliminarni izvještaj prirodoslovnih istraživanja u okviru Speleoronilačke ekspedicije Crveno jezero 2017" [The Preliminary Report on Natural Sciences Research During the Cave Diving Expedition to the Red Lake 2017] (PDF). Subterranea Croatica (xorvat). 15 (2). December 2017: 34–41. İstifadə tarixi: 14 September 2018.

Xarici keçidlər

Istinadlar