Qərbi Antarktida

Qərbi Antarktida, və ya Kiçik Antarktida, (ing. "West Antarctica" or "Lesser Antarctica") Antarktida qitəsinin iki əhəmiyyətli bölgəsindən biri, Antarktida yarımadası daxil olmağla qitənin qərb yarımkürəsində yer alan hissəsidir. Qərbi Antarktika buz təbəqəsi ilə örtülüdür. Şərqi Antarktikadanı buradan Transantarktika dağları ayırır. Region 100 ildən uzun müddətdir ki, Qərbi Antarktida olaraq adlandırılır. Bu adı ilk dəfə 1902-ci ildə Balç, 1905-ci ildə isə Otto Nordenskcöld istifadə ediblər. Ancaq əsl istifadəsi Beynəlxalq Geofizika ili (1957-1958) sonrasındakı araşdırmalarda iki bölgəyə ayrılmasının faydalı olduğu düşüncəsinin yayılmasından sonra 1962-ci ildə ABŞ Antarktida Adları Komitəsi tərəfindən təsdiq edilmişdir.[1]

Qərbi Antarktida sol tərəfdə.
Daima kimsəsiz Qərbi Antarktida

Yerləşmə

Transantarktika dağlarından Sakit okeanına doğru uzanır. Qərbi Antarktida, Qreyam Torpağı və Palmera Torpağından ibarət olan Antarktida yarımadası ilə Elsuort Torpağı, Meri Berd Torpağı və VII Eduard Torpağlarından, Adelaide adası kimi adalardan xüsusilə Ueddell dənizindəki Filçner-Ronni Buz sahəsi və Ross dənizindəki Rooz Buz sahəsi kimi buz sahələrindən meydana gəlib. Qərbi Antarktida Ross dəniziUeddell dənizinin buzlu suları ilə qitənin ana quru kütləsindən ayrılan və Cənub qütbündən Cənubi Amerikanın cənub ucuna doğru uzanan nəhəng bir yarımadanı xatırlatmaqdadır.

Qərbi Antarktidanın böyük hissəsi Qərbi Antarktika buz təbəqəsi (waise) olaraq adlandırılan bir buz təbəqəsiylə örtülüdür. Son illərdə kütləsində azalma əlamətləri görsənir.[2] Şərqi Antarktidanın əksinə, Qərbi Antarktida qlobal istiləşmənin bəzi təsirləri özünü göstərmişdir.[3]

Merilandiya Antarktida Tundrası

Antarktidanın bəzi hissələri buzla örtülü deyil. Bunlar Antarktida vahaları olaraq adlandırılmaqdadır. Qərbi Antarktidada da Antarktida yarımadasının sahilində Merilandiya Antarktida Tundrası olaraq bilinən belə bir bioloji müxtəliflik sahəsi var.[4] Bu sahə Antarktidadakı ən isti iqlimə malikdir və yay aylarında havanın hələ çox soyuq və böyümə mövsümünün çox qısa olmasına baxmayaraq şibyəyosunlarla örtülü qarsız qayalardan ibarətdir.

Həmçinin baxın

İstinadlar