Qabran

Dal Riada kralı

Qabran və ya Qabran mak Domanqart (şot.kelt Gabhran mac Domangart; VI əsr560) — 538–558-ci illərdə Dal Riada kralı.

Qabran
Şəxsi məlumatlar
Doğum tarixiVI əsr
Vəfat tarixi560
Fəaliyyətimonarx
AtasıI Domanqart
Uşağı

Həyatı

Qabran Dal Riada kralı I Domanqartın ikinci oğlu idi və onun yerinə böyük qardaşı Komqall keçmişdi. Onun hakimiyyəti dövründə əraziləri Dal Riada torpaqlarının şərqində yerləşən skottlarla piktlər arasında uzun müharibələr başlamışdır. 558-ci ildə (digər mənbələrə görə 560-cı ildə) Qabran Pikt kralı I Brude ilə müharibədə ölmüşdür.[1]

Qabranın yerinə qardaşı oğlu I Konall keçmişdir.

İstinadlar