Qafqaz üstüzəni

Üstüzən (lat. Leucaspius delineatus delinecatus ) — öz cinsinin yeganə yarımnövüdür. Az saylıdır.

Qafqaz üstüzəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Dəstəüstü:
Ostariophysi
Ranqsız:
Otophysi
Ranqsız:
Cypriniphysae
Fəsiləüstü:
Cyprinoidea
Fəsilə:
???:
Qafqaz üstüzəni
Beynəlxalq elmi adı

Xarakterik morfoloji əlamətləri

Başı böyükdür, bədən uzunluğunun 26.0%-nə qədərini təşkil edir. Pulcuqları bədənə möhkəm yapışıb. Ağız başın ucunda yerləşir. Bel üzgəci bədənin nisbətən geri hissəsində yerləşir. Bədənin yanları uzunu tünd rəngli zolaq gedir. Pulcuqların dal kənarlarında sıra ilə tünd nöqtələr yerləşir. Xırda balıqdır, uzunluğu 40 mm-ə, kütləsi 820 mq-a qədər olur.

Yaşayış yeri və həyat tərzi

Göl tipli, zəif sürətlə axan, dibi lili, su bitkiləri ilə zəngin su hövzələrində yaşayır. Yarımpelegial həyat tərzi keçirən oturaq balıqdır.Əksər fərdləri 1 il yaşayır, kürütökmədən sonra tələf olurlar. Fərdi inkişaf forması tam çevrilmə ilə gedir. Həyat sikli kürü, sürfə, körpə, yaşlı fərd şəklində olur.[2]

Yayılması

Azərbaycanda bir yarımnövü (Leucaspius delineatus delinecatus) yayılmışdır. Üstüzənin (Leucaspius delineatus) bir yarımnövü vardır. Azərbaycanda Aşağı Kür hövzəsində, Kiçik Qızılağac körfəzində və ona tökülən çayların (Qumbaşı və Viləşçay) mənsəb hissələrində rast gəlinir.

Sayı

Az saylıdır.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Çoxalma kürütökmə yolu ilə olur. Kürütökmə aprelin axırlarından başlayır avqustun sonuna qədər davam edir. Kürülərini hissə-hissə tökür. 1 dəfə, orta hesabla 247 ədəd kürü verir.[3]

Rasionu

Başlıca olaraq plankton canlılarla, rotatorilər, kopepodlar və qismən detridlə qidalanır. Nisbətən iri fərdləri havadan suya düşən cücüləri də yeyir.

Biomüxtəliflikdə rolu

Biomüxtəlifliyin bir kompanentidir. Onurğasız heyvanlarla qidalanır, özləri isə digər yırtıcı balıqların, sürünənlərin və balıqyeyən quşların qidasını təşkil edir.

Düşmənləri

Yırtıcı balıqlar (sıf, naxa, durnabalığı və s.), sürünənlər, balıqyeyən quşlar və balıq parazitləri.

İnsan həyatına təsiri

Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla müəyyən qədər ziyan verir.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.

İstinadlar

Ədəbiyyat

  1. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  2. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.