Qalançoj rayonu

Qalançoj rayonu (çeç. Галайн-Чӏожан кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının ərazi vahidi olaraq 2012-ci ildə Çeçenistan Respublikasının Konstitusiyasına uyğun olaraq bərpa edildi[2]. Hüquqi bərpa respublikanın inzibati-ərazi tərkibində faktiki dəyişikliyə səbəb olmadı[3]. Ərazi 1925-1944-cü illərdə də mövcud olmuşdur. İnzibati mərkəzi Qalançoj kəndidir.

Qalançoj rayonu

42°52′53″ şm. e. 45°18′00″ ş. u.


Ölkə
İnzibati mərkəzQalançoj
Tarixi və coğrafiyası
Yaradılıb1925
Sahəsi
  • 1.500 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.499 nəf. (1939)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1925-ci ildə 1929-cu ilə qədər mövcud olduğu Çeçen Muxtar Vilayətinin tərkib hissəsi kimi quruldu. 1935-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkib hissəsinə daxil edildi. 1944-cü ildə Çeçenlərin və inquşların deportasiyası zamanı ərazi boşaldıldı. 1944-cü ilin fevral ayında Qalanşoj rayonu ləğv edildi və ərazisi Açxoy-Martan, Sunça, İtum-Kalin rayonlarının bir hissəsinə çevrildi. 1956-cı ilin dekabrında Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Bərpasından sonra çeçen əhalisinə ərazidə məskunlaşmaq qadağan edildi. 1992-ci ildən 1997-ci ilədək öz müstəqilliyini elan etmiş Çeçen-İçkeriya respublikasının bir hissəsi kimi mövcud idi. 2012-ci ildə Çeçenistan Respublikasının tərkibində bir rayon olaraq bərpa edildi[4]. 2014-cü ildə Qalançoj inzibati rayonunu təşkili üçün dövlət komissiyası təşkil edildi[5].

Əhali

1939-cu il məlumatına görə rayon ərazisində 9 499 nəfər əhali yaşayırdı. Milli tərkib: çeçenlər 95,7 %, ruslar 2,8 %, inquşlar 0,5 %, ukraynalılar 0,4 %.

İnzibati tərkib

1944-cü ildə Çeçenlərin və inquşların deportasiyasına qədər rayon ümumilikdə sıx məskunlaşmış bölgələrdən idi. Burada 140 kənd 12 kənd sovetliyində birləşdirilmişdi[6].

Akka (Akka k.),

Yalxaroy (Yalxaroy k.),

Baloy (Baloy k.),

Qalançoj (Qalançoj k.),

Peşkoy (Peşkoy k.),

Xaybax (Xaybax k.),

Naşxoy (Manqust k.),

Bavloy (Bauloy k.),

Nikaroy (Nikaroy k),

Melxest (Meşi k.),

Kiy (Erdıç k.),

Merecoy (Merecoy k.).

Mədəniyyət abidələri

Qalançoj rayonu əfsanəyə görə çeçen xalqının formalaşdığı qədim tarixi Çeçen bölgələrindən biridir.

Çeçen xalqı üçün tarixi və mənəvi dəyər daşıyan erkən və son orta əsrlərə aid abidələr sırasında Qalançoj rayonunun ərazisində qədim hərbi və yaşayış qüllələri, qalalar yerləşir. Xüsusilə insanlar tərəfindən rəğbətlə qarşılanan Qalançoy gölü və Erdi-kor dağının adını çəkmək olar.

İstinadlar