Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında

(Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında səhifəsindən istiqamətləndirilmişdir)

Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında[2] (ing. Black Garden: Armenia and Azerbaijan Through Peace and War) — britaniyalı jurnalist və yazar Tomas de Vaalın 2003-cü ildə çap olunmuş kitabı.

Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında
ing. Black Garden: Armenia and Azerbaijan Through Peace and War
MüəllifTomas de Vaal
Orijinalın diliİngilis dili
ÖlkələrBöyük Britaniya Birləşmiş Krallıq
Orijinalın nəşr ili2003
NəşriyyatNyu York Universiteti Nəşriyyatı[1]
Səhifə360
ISBNISBN 0-8147-6032-5

ABŞ səfirliyinin maliyyə dəstəyi ilə 2008-ci ildə Azərbaycan, 2014-cü ildə isə erməni dilinə tərcümə olunub.[1][3]

Haqqında

Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin kökləri, son müharibə zamanı Qarabağda və ümumilikdə regionda baş verən olaylar, danışıqlar və vasitəçilik prosesi bitərəf müşahidəçi prizmasından araşdırılır. Kitabın əksər hissəsi müəllifin Cənubi Qafqaza 6 aylıq səfəri vaxtı bölgədə apardığı 120 orijinal müsahibənin materiallarına əsaslanır. Əsərdə MoskvaABŞ-nin Siyasi Büroya dair arxivinin ilkin mənbələrinə də müraciət edilmişdir. Əsərin fəsilləri münaqişənin sovet dövründə Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən həll edilməyərək necə dərinləşdirildiyini, Siyasi Büronun münaqişəni həll etməkdə səriştəsizliyini, müharibənin necə başlayıb necə başa çatmasını, beynəlxalq ictimaiyyətin bu münaqişəni niyə həll edə bilməməsini ətraflı şəkildə təsvir edir.

İstinadlar