Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonlarının siyahısı

Bu siyahıda Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonları əks olunub.

Mövcud gərgin vəziyyəti nəzərə alaraq Azərbaycan Müdafiə Nazirliyi 1991-ci ilin sentyabr ayında cəbhə bölgəsində yerləşən rayonlarda özünümüdafiə batalyonlarının yaradılmasını qərara aldı. Bu məqsədlə hərbi şəxslər tərəfindən rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirildi.[1] 1991-ci ilin oktyabr ayından etibarən Azərbaycanda özünümüdafiə batalyonları yaranmağa başladı.

14 fevral 1992-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayaz Mütəllibovun Qarabağ bölgəsi ərazisində vahid komandanlığın yaradılması haqqında əmriylə ərazi özünümüdafiə batalyonları və yerli müdafiə qüvvələrinin Tahir Əliyevə tabe edilməsi, general-mayor Dadaş Rzayevin isə mövcud hərbi bölmələrdən hərbi hissə təşkil etməsi əmr olundu.[2] Bu əmrlə bağlı olaraq özünümüdafiə batalyonlarının bazasında hərbi hissələr təşkil edildi.

Siyahı

AdıYaranma tarixiKomandiriŞəxsi heyətin sayıHərbi hissə kimi
Bu tarixdənHərbi hissə nömrəsi
Ağdam ərazi özünümüdafiə batalyonuŞirin Mirzəyevaprel 1992836 saylı alay
Bərdə ərazi özünümüdafiə batalyonuElçin Əliyev733 saylı hərbi hissə
Beyləqan ərazi özünümüdafiə batalyonuyanvar 1992Məhəmməd Qədirov1992-ci il yanvarın axırları[3]724 saylı hərbi hissə
Cəbrayıl ərazi özünümüdafiə batalyonuKamil Vəliyev805 saylı hərbi hissə
Füzuli ərazi özünümüdafiə batalyonunoyabr 1991Telman Hüseynov
Mobil Yusifov
814 saylı hərbi hissə
Xocalı ərazi özünümüdafiə batalyonu1991Tofiq Hüseynov80 nəfər[4] (14 fevral 1992)
Xocavənd ərazi özünümüdafiə batalyonuƏbülfət Hüseynov831 saylı hərbi hissə
Kəlbəcər ərazi özünümüdafiə batalyonu[5]oktyabr 1991Asif Süleymanov809 saylı hərbi hissə
Qubadlı ərazi özünümüdafiə batalyonu12 oktyabr 1991Dağbəyi Məhyəddinov810 saylı hərbi hissə
Laçın ərazi özünümüdafiə batalyonu1 oktyabr 1991Arif Paşayev250 nəfər (oktyabr 1991)
1000+ nəfər (mart 1992)
27 mart 1992811 saylı Laçın dağ-atıcı alayı
Şuşa ərazi özünümüdafiə batalyonu19 noyabr 1991Fəxrəddin Səfərov22 yanvar 1992816 saylı hərbi hissə
Tərtər ərazi özünümüdafiə batalyonu12 noyabr 1991Elman Hüseynov813 saylı hərbi hissə
Zəngilan ərazi özünümüdafiə batalyonu1991Bayram Məmmədov806 saylı hərbi hissə

İstinadlar