Qaradağ xanlığı

Qaradağ xanlığı1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığı, Qarabağ xanlığı, Cavad xanlığı, cənubdan isə TəbrizƏrdəbil xanlıqları ilə həmsərhəd idi.

Xanlıq
Qaradağ xanlığı
Qaradağ xanlığı sərhədləri ilə
Qaradağ xanlığı sərhədləri ilə
 
 
1748 — 1828

PaytaxtƏhər
Rəsmi dilləriAzərbaycan dili (danışıq dili),
fars dili (rəsmi)
Dövlət diniİslam
Əhalisiazərbaycanlılar
İdarəetmə formasıMütləq monarxiya
SülaləQaradağlı eli
Xan
 • (1747-1763)Kazım xan Qaradağlı (ilk)
 • (1813-1828)Məhəmmədqulu xan Qaradağlı (son)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.

Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu.

Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində Pavel Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı.

Xanları

Hakimləri

Xanlığın hakim ailəsi Ustaclı türkmanlarının Toxmaqlı oymağına mənsub idi. I Şah Təhmasib tərəfindən Qaradağın irsi hakimləri kimi tanıdıqları Qızılbaş iyerarxiyasında 8-ci yeri tutdular,[1] onların ən qədim tanınmış əcdadı Sivasda anadan olmuş İlyas Xəlifə idi.

1.I İlyas xəlifə1500—?
2.I Şəmsəddin xəlifə?—1603
3.II İlyas xəlifə 1603—1610
4.Bürhanəddin xəlifə1611—?
5.II Şəmsəddin xəlifə
6.Əhməd xəlifə
7.Mahmud sultan
8.Bayandur sultan1701—?
9.Məhəmmədqasım xan?—1721
10.Əbdürrəzzaq xan1721—1729
11.Kazım xan Qaradağlı1730—1763
12.Mustafaqulu xan Qaradağlı1763—1782,1786—1791
13.İsmayıl xan Qaradağlı1782—1783,1791—1797
14.Nəcəfqulu xan Qaradağlı1783—1786
15.Abbasqulu xan Qaradağlı1797—1813
16.Məhəmmədqulu xan Qaradağlı 1813—1828
17.Həsənliağa xan?—1847
18.Həsənəli xan Qaradağlı1848—1929
19.Məhəmmədhüseyn xan Qaradağlı?—1891
20.Sadatqulu xan Qaradağlı
21.Nəcəfqulu xan Qaradağlı1783—1786

Mənbə

İstinadlar

Həmçinin bax

Xarici keçidlər