Qayıb Qayıbov

Qayıb Musa bəy oğlu Qayıbov — hərbi həkim, mayor. Mirzə Hüseyn bəy Qayıbovun nəvəsi.

Qayıb Qayıbov
Qayıb Musa bəy oğlu Qayıbov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriŞuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeriBakı, Azərbaycan
Milliyyətiazərbaycanlı
AtasıMusa bəy Qayıbov
Hərbi fəaliyyəti
Rütbəsimayor
Təltifləri“Qırmızı ulduz” ordeni

Həyatı

Qayıb Musa bəy oğlu Qayıbov 1915 ildə Şuşa şəhərində anadan olmuşdur.

Qayıb Qayıbov orta təhsilini Şuşa şəhərində almışdır. O, 1934–1939-cu illərdə Azərbaycan Tibb İnstitutunda ali təhsil almış, 1936-cı ildə Bakı Aeroklubunu bitirmişdir. II Dünya Müharibəsindən sonra Moskva şəhərində Partiya Məktəbində oxumuşdur.

Qayıb Qayıbov 3 medala, "Səhiyyə əlaçısı" döş nişanına, müxtəlif illərdə 3 dəfə "Sosializm yarışının qalibi" vahid ümumittifaq döş nişanına layiq görülmüşdür. O, istefada olan mayor idi.

Qayıb Qayıbov 9 fevral 2000-ci ildə Bakıda vəfat etmişdir.

Fəaliyyəti

Qayıb Qayıbov ali təhsilini başa vurduqdan sonra V. P. Çkalov adına Hərbi Aviasiya Məktəbinə həkim göndərilmişdir. II Dünya müharibəsi illərində hərbi həkim vəzifəsində Hərbi Aviasiya Ordusunda xidmət etmiş, təyyarəçinin həyatını xilas etdiyi üçün "Qırmızı ulduz" ordeninə layiq görülmüşdür.

Qayıb Qayıbov uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmış, AKP MK-də şöbə müdiri işləmişdir.

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015

Həmçinin bax