Qladiator (film, 2000)

Qladiator — Ridli Skottun 2000-ci ildə çəkdiyi filmdir. Film 5 Oskar mükafatına layiq görülmüşdür.

Qladiator
ing. Gladiator
JanrDöyüş filmi
Əsas mövzuqisas[d][1], Qladiator[1], zülm[d][1]
RejissorRidli Skott
Prodüserlər
Baş rollardaRassel Krou
Xoakin Feniks
Konni Nilsen
Riçard Harri
Operator
BəstəkarlarHans Zimmer
Liza Cerrard
İstehsalçılarDreamWorks SKG
Universal Pictures
DistribütorDreamWorks, UIP-Dunafilm[d]
İlk baxış tarixi5 may 2000[2], 25 may 2000[3], 19 may 2000[4], 2000
Müddət155 dəqiqə
Büdcə$103 milyon
Gəlir$457 640 427
ÖlkələrABŞ ABŞ
Böyük Britaniya Birləşmiş Krallıq
Dilİngilis dili
İl2000
Rəngrəngli
Çəkiliş yeriMalta, Mərakeş
IMDbID0172495
MükafatlarıƏn yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Academy Award for Best Costume Design

Məzmun

Eramızın 180-ci ilində Mark Avrelinin qoşunu Maksimusun başçılığı altında german tayfalarını ağır məğlubiyyətə uğradır. Mark Avreli bu qələbədən sonra hakimiyyəti Maksimusa verəcəyi barədə oğlu Kommoda bildirir. Atası ilə razılaşmayan Kommod onu boğaraq öldürür. Bu hadisədən sonra Kommod Maksimusun ailəsini öldürməyə əmr verir. Maksimus evə qayıdan zaman ailəsinin vəhşicəsinə öldürüldüyün görür. Bir müddət sonra qul satıcısı onu qula çevirərək qladiatorların hazırlaşdığı yerə aparır.. Maksimus isə Kommoddan qisas almaq üçün arena qanlı döyüşlərdən keçməlidir…

Mükafatlar

Bu film "IMDb" versiyasında görə ən yaxşı 250 film siyahısı"na daxildir. Film 119 mükafata namizəd olaraq təqdim edilmiş və 48-ni qazanmışdır. Bu mükafatların seçilənləri sırasına aşağıdakılar daxildir:

  • Oskar mükafatı (73-cü mükafat vermə mərasimi):
    • Ən yaxşı film
    • Ən yaxşı aktyor (Rassel Krou)
    • Kostyuma görə ən yaxşı dizayn
    • Ən yaxşı vizual effektlər
    • Ən yaxşı səs
  • BAFTA:
    • Ən yaxşı film
    • Ən yaxşı operator işi
    • Ən yaxşı montaj (Pyetro Skaliya)
    • Ən yaxşı bədii dizayn
  • Qızıl Qlobus mükafatı:
    • Ən yaxşı dramatik film
    • Ən yaxşı mahnı (Hans Zimmer və Liza Cerrard)

Xarici keçidlər


İstinadlar