Qoy danışsınlar! (film, 1968)

Qoy danışsınlar![1] (isp. Digan lo que digan) — rejissor Mario Kamusun filmi.

Qoy danışsınlar
isp. Digan lo que digan
Janrmusiqili
melodram
RejissorMario Kamus
Ssenari müəllifləriAntonio Qala
Migel Rubio
Baş rollardaRafael Martos Sançes
Serena Verqano
OperatorXuan Xulio Baena]
BəstəkarAnton Qarsia Abril
İstehsalçıArgentina Sono Film
İlk baxış tarixi1968
Filmin növütammetrajlı bədii film
Müddət93 dəq.
Ölkələrİspaniya İspaniya
Argentina Argentina
Dilispan dili
İl1968
Rəngrəngli
IMDbID0062891

Məzmun

İki qardaş – müğənni Rafael və bəstəkar Migel uzun illərdir ki, bir-birilərini görmürlər. Rafael qardaşı ilə görüşmək üçün Avropadan Buenos Ayresə gəlir. Amma bu şəhərdə onu Migel yox, onun katibəsi — Blanka adlı bir qız qarşılayır. O, Rafaelə Migelin hal-hazırda şəhərdə olmadığını deyir. Gənc müğənni Rafael başa düşür ki, Blanka ondan qardaşı barədə nəsə gizlədir. Belə olduqda Rafael qardaşını özü axtarmağa başlayır. Filmin sonunda Rafael qardaşını tapmağa nail olur.

Film haqqında

  • Filmdə məşhur ispan müğənnisi Rafael Martos Sançesin repertuarında olan və tamaşaçılar tərəfindən sevilən bir neçə mahnı səslənmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri: Antonio Qala, Migel Rubio
Rejissor: Mario Kamus
Operator: Xuan Xulio Baena
Bəstəkar: Anton Qarsia Abril

Rollarda

Rafael Martos Sançes — Rafael
Serena Verqano — Blanka
İqnasio Kiros
Susana Kampos
Dario Vittori

İstinadlar

Ədəbiyyat

  • Raúl Manrupe, María Portela. Un diccionario de films argentinos (1930-1995). — Buenos Aires: Corregidor, 2001. — P. 178-179. — ISBN 950-05-0896-6.