Qulam Murtaza Syed

Qulam Murtaza Syed (17 yanvar 190425 aprel 1995, Kəraçi) — Q.M.Syed məşhur hind siyasətçisidir. Siyasi fəaliyyətinə 16 yaşında başlayıb və doğma şəhərində 17 mart, 1920-ci il tarixində Xilafət Konfransı təşkil edib. O, 1948-ci ildə Pakistanın yaranmasından sonra o əvvəlcə siyasi məhbus olub. O, 26 aprel, 1995-ci il tarixində Karaçidə ev dustağı olduğu vaxt vəfat edib.[1]

Qulam Murtaza Syed
غلام مرتضي سيد
Şəxsi məlumatlar
Doğum tarixi17 yanvar 1904(1904-01-17)
Vəfat tarixi25 aprel 1995(1995-04-25) (91 yaşında)
Vəfat yeri
Fəaliyyətifilosof, siyasətçi, şair
Diniislam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Uşaqlığı: 1904-1915-ci illər

Sayed 17 yanvar, 1904-cü il tarixində Sədət Sindin ailəsində Sann şəhərində anadan olmuşdur. Sayed atası Sayed Məhəmməd Şah Kazmi ailə münaqişəsinə görə 1 noyabr 1905-ci il tarixində öldürüləndə körpə idi. Atası Sayedin ölümündən sonra ailədə kişi cinsindən olan olan yeganə övlad idi, buna görə də 1906-cı ildə Birtaniya hakimiyyəti onun ailə mülkünü himayəsi altına almış və onun ailəsinə məhkəmədə aylıq təqaüd təyin edilmişdi. O, 6 yaşında ibtidai məktəbə qəbul olunmuş və 1915-ci ildə Sinddə 5 illik ibtidai təhsilini başa vurmuşdur. Onun ailəsinin ağsaqqalları onu ailə münaqişəsindən qorumaq üçün evdə təhsil alması qərarına gəlmişdilər. Ən azından ona görə ki, o ailəsinin yeganə kişi üzvü idi. Ona ev şəraitində fars və ingilis dillərini tədris edirlər.[2][3][4]

Gənclik illəri: 1920–1924-cü illər

Qulam Murtaza Syed öz siyasi fəaliyyətinə Xilafət Hərəkatında iştirak etməklə başlamışdı. O 1920-ci ilin 7-9 fevralında Larkanda keçirilən Xilafət Konfransında ilk dəfə iştirak etmişdir. Onu Əbül Kəlam Azad, Abdül Bari Firəngi Mahali, Mövlanə Şövkət Əli və Şeyx Əbdül Məcid Sindlinnin çıxışları ilhamlandırmışdır. O 17 mart 1920-ci il tarixində doğma şəhəri Sannda növbəti Xilafət Konfransını çağırmışdır. Onun doğma şəhəri Sannda bu konfransdan iki gün sonra 20 mart, 1920-ci ildə müttəfiq dövlətlərin Osmanlı Xəlifəsinə ədalətsizliyinə qarşı etiraz əlaməti olaraq tətillə müşayiət olunmuşdu. O Xilafət hərəkatının bütün mərhələlərində fəal olmuşdur. O, 26 mart 1920-ci ildə Mahdum Bilaval mavzoleyində təşkil edilən Xilafət konfransında ən gənc natiq kimi çıxış etmişdir. O 27 aprel 1921-ci ildə Mahatma Qandi ilə Sannın dəmiryolu stansiyasında qarşılaşmışdır.[5] O 1924-cü ildə iki illik məhkəmə prosesindən sonra öz mülklərini geri almışdır.[6]

Həyatının qısa xülasəsi

  • 14 yaşında Syed siyasi fəal kimi fəaliyyətinə başlamışdır.[1]
  • 1919-cu ildə öz təhsilində (inzibati bölgü) Məktəb Şurasının sədri olub. Daha sonra o bu qurumun prezidenti olub.
  • 1929-cu ildə Karaçi yerli idarəçiliyinin prezidenti seçilib.
  • 1930-cu ildə Sind Hari (Kəndlilər) Konfransını təşkil edib onun katibi olub.
  • 1937-ci ildə Sind Qanunverici Məclisinə ilk dəfə üzv seçilir.
  • 1938-ci ildə Ümumhindistan Müsəlman Liqasına qoşulur və 1940-cı ildə Sinddə Təhsil naziri oldu.
  • 1941-ci ildə Müsəlman Liqasının Mərkəzi Komitəsinin üzvlərindən biri olub.
  • 1943-cü ildə Sind Müsəlman Liqasının prezidenti olub.[1]
  • 1946-cı ildə şərtlər onu Müsəlman liqasından ayrılmağa və Proqressiv Müsəlman Liqası adı altında yeni partiyanı yaratmağa məcbur etdi. Həmin ildə də o Sind Məclisinin Koalisiya partiyasının lideri seçildi.
  • 1954-cü ildə Sindi Ədəbi idarəçiliyinin sədri vəzifəsini icra etməyə başladı.
  • 1955-ci ildə Pakistan Milli Partiyasının formalaşmasında fəal rol oynamışdır.
  • 1966-cı ildə Bəzm-e Sufiya-ye Sindin əsasını qoyub.
  • 1969-cu ildə Sind Birləşmiş Cəbhəni formalaşdırdı.
  • 1972-ci ildə Jeay Sind Qaumi Mahazı partiyasını təşkil edir.

Əsərləri

Syed 60-dan çox kitabın müəllifidir. O əsərlərini əsasən sind dilində qələmə almışdır. Əsərləri içərisində ingilis və urdu dilində yazılan əsərlər də var.[7] Onun əsərləri bir çox sahələrə həsr edilib - ədəbiyyatdan siyasətə, din və mədəniyyətə qədər geniş tədqiqat sahəsi var. Dərin biliyi sayəsində holland İslam alimi Oskar Verkaaikom tərəfindən bir çox münasibətlərdə inanılmaz dərəcədə məhsuldar, orijinal və əhəmiyyətli dərəcədə avtodidaktik intellektual sahibi kimi təsvir olunmuşdur. Oskar Verkaaikoma görə, "o, 19-cu əsər islam islahatı, darvinin təkamül nəzəriyyəsi, 18-ci əsr sind poeziyası, marksizm, klassik sufizm, alman idealizmi və bir çox məsələlərdə öz şəxsi islam interpretasiyasını yaratmışdır".[8] Onun ən məşhur əsərlərinə aşağıdakılar aiddir:

  • Janam Guzarium Jin Sein (Sind dilində)
  • Dayar Dil Dastan-e- Muhabt (Sind dilində)
  • Sindh Ja Soorma (Sind dilində)
  • Sind danışır (ingiliscə)
  • Yeni Sind üçün mübarizə (ingiliscə)
  • Din və reallıq (ingiliscə)
  • Şah Lətifin məktubu (ingiliscə)
  • Zəncirlərdə bir millət (ingiliscə)

Həmçinin bax

İstinadlar