Qurban Qurbanov

azərbaycanlı futbolçu, futbol mütəxəssisi, məşqçi.

Qurban Osman oğlu Qurbanov (13 aprel 1972[4][5], Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur.[6]

Qurban Qurbanov
Qurban Qurbanov 2016-cı ildə
Qurban Qurbanov 2016-cı ildə
Ümumi məlumatlar
Tam adıQurban Osman oğlu Qurbanov
LəqəbiXan[1][2]
Doğum tarixi (52 yaş)
Doğum yeriAşağı Tala, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu177 sm
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubAzərbaycan Qarabağ
VəzifəsiBaş məşqçi
Karyerası
Gənclik karyerası
1988SSRİ Kür
1989SSRİ Mertskali Ozurgeti
Klub karyerası[* 1]
1990–1991SSRİ Daşqın63 (23)
1991–1992 Alazani Qurcani17 (4)
1992–1993Azərbaycan Daşqın39 (24)
1993–1995Azərbaycan Turan54 (20)
1995–1996Azərbaycan Kür-Nur12 (4)
1996–1998Azərbaycan Neftçi43 (43)
1998Rusiya Dinamo (Stavropol)36 (17)
1999Rusiya Baltika14 (1)
1999–2001Rusiya Fakel37 (10)
2001–2002Azərbaycan Neftçi14 (9)
2002Rusiya Fakel Voronej28 (7)
2003Rusiya Volqar-Qazprom21 (0)
2003–2005Azərbaycan Neftçi27 (14)
2005–2006Azərbaycan İnter3 (1)
Cəmi420 (185)
Milli yığma[* 2]
2003Azərbaycan Azərbaycan (21 yaşlılar)[3]3 (3)
1992–2005Azərbaycan Azərbaycan64 (12)
Məşqçisi olduğu klublar
2006–2007Azərbaycan Neftçi (Bakı)
2008—h.h.Azərbaycan Qarabağ (Ağdam)
2017–2018 Azərbaycan
Təltif və medalları
Azərbaycan Respublikasının əməkdar məşqçisi — 2011
"Şöhrət" ordeni — 2022
İmzası
İmza

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Həyatı

Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub.[7][8] Üç bacısı, iki qardaşı olan Qurban, valideynlərinin sonuncu övladıdır.[8]

Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.[9]

Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb.

1989-cu ildə atası vəfat edib.[8] 2000-ci ildə ailə həyatı qurub.[10] Musa və Zəhra adında 2 övladı var.[8] Musa "Qarabağ" futbol klubunun və Azərbaycanın U-19 millisinin oyunçusudur.[11] Qardaşı Musa Qurbanov da peşəkar futbolçudur.[12]

Futbolçu karyerası

Klub karyerası

1990-cı illər

Futbolun sirlərinə "Daşqın" Zaqatala komandasında yiyələnib. 1990–1991-ci illərdə "Daşqın" komandasında 63 oyun keçirib və 23 qol vurub. 1991/92 mövsümündə Gürcüstanın "Alazani" klubunda çıxış edib. Bu klubda 17 oyunda meydana çıxıb və 4 qol vurub.

1992–1993-cü illərdə yenidən "Daşqın" klubunda çıxış edib. 1992-ci ildə "Daşqın"ın heyətində 23 oyuna çıxıb və 13 dəfə fərqlənib[13]. 1993 mövsümündə isə 16 oyun keçirib və 11 dəfə fərqlənib[14]. 1993-cü ildə "Turan"a transfer olunub[8]. 1993/94 mövsümündə Turanda 29 oyunda meydana çıxıb və 9 qol vurub[15]. Həmin mövsüm Qurban Qurbanov "Turan"ın heyətində Azərbaycan çempionu olub[16][17]. Bu, onun futbolçu karyerasındakı ilk titul olub. Qurban Qurbanov 1994/95 mövsümündə isə 10 oyunda meydana çıxaraq 3 qol vurub[18]. 1994/95 mövsümünü Qurban Qurbanov "Turan" komandası ilə birlikdə gümüş medallar qazanaraq tamamlayıb[19].

1995/96 mövsümündə 1-ci dövrəni "Turan"da keçirmişdir. Həmin mövsümün 2-ci dövrəsində Mingəçevirin "Kür-Nur" klubunda çıxış edib. "Kür-Nur"da 12 oyun keçirib və 4 qol vurub. 1996-cı ildə "Neftçi" klubuna transfer olunub. 1996/97 mövsümündə "Neftçi"nin heyətində 30 oyuna 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub[20].

UEFA Kuboku 1996/1997 mövsümündə Bolqarıstanın "Lokomotiv" Sofiya klubu ilə birinci təsnifat mərhələsinin oyunlarında 17 iyul 1996-cı ildə keçirilən ev və 24 iyulda keçirilən səfər qarşılaşmasında "Neftçi"nin heyətində oyunu əvəzolunmadan keçirib. İki oyunun nəticəsinə görə 2–7 (2–1, 0–6) hesabı ilə uduzan Neftçi mübarizəni dayandırıb[21][22].

1997/1998 mövsümündə 13 oyun keçirib və 9 qol vurub[23]. 1997/98 mövsümündə "Neftçi"nin heyətində UEFA Çempionlar Liqasının oyunlarında meydana çıxıb. 23 iyul 1997-ci ildə Polşanın "Vidzev" klubu ilə ev oyununu əvəzolunmadan keçirib, bu oyunda "Neftçi" 0–2 hesabı ilə məğlub olub[24]. Bir həftə sonra 30 iyulda keçirilən səfər qarşılaşmasında da əsas heyətdə meydana çıxıb, bu oyunda Qurbanov 51-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 81-ci dəqiqədə Xaqani Məmmədovla əvəzlənib. Bu oyunda "Neftçi" 8–0 hesabı ilə məğlub olub[25]. İki oyunun nəticəsinə görə "Neftçi" mübarizəni dayandırıb. "Neftçi" klubunda 1996–1998-ci illərdə 43 oyun keçirib və 43 qol vurub.

1998-ci ilin yanvarında Rusiyanın "Dinamo" Stavropol klubu ilə müqavilə imzalayıb. 1999-cu ilin qışında, müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən klubdan ayrılıb. "Dinamo"da 36 oyunda meydana çıxıb və 17 qol vurub.

1999-cu ildə 1-ci dövrədə "Baltika" Kalininqrad klubunda çıxış edib (müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən yenidən komandadan ayrılıb[26]). "Baltika" klubunda 14 oyun keçirib və 1 qol vurub. 2-ci dövrədən isə "Fakel" Voronej klubunda oynayıb və bu kluba yüksək liqaya çıxmasına kömək edib. Qurbanov bu müddət ərzində "Fakel" klubunda 12 oyuna 8 qol vurub.

2000-ci illər

Qurban Qurbanov 2000–2001-ci illərdə Rusiyanın "Fakel" Voronej klubunda çıxış edib, 25 oyun keçirib və 2 qol vurub. Lakin "Fakel"dəki sonrakı karyerasını aldığı bir sıra zədələr səbəbindən davam etdirə bilməyib.

2001-ci ildə Qurbanov yenidən Azərbaycanın "Neftçi" Bakı klubuna transfer olunub. UEFA Kuboku 2001/2002 mövsümündə "Neftçi"nin heyətində çıxış edib. 9 avqust 2001-ci ildə Sloveniyanın "ND Qoriça" klubu ilə keçirilən ev oyununu əvəzolunmadan keçirib, bu oyun 0–0 hesabı ilə başa çatıb[27]. 23 avqust 2000-ci ildə səfər oyununda da 90 dəqiqə meydanda olub. Qurban Qurbanov oyunun ikinci hissəsinə əlavə olunmuş 2-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Bu oyunda "Neftçi" 1–0 hesabı ilə uduzaraq mübarizəni dayandırıb[28]. 2001–2002-ci illərdə "Neftçi"nin heyətində 14 oyun keçirib və 9 qol vurub[29].

2002-ci ildə yenidən "Fakel" Voronej klubunda çıxış edib, 28 oyunda meydana çıxıb və 7 qol vurub. 2003-cü ildə digər Rusiya klubuna, "Volqar-Qazprom"a keçib. Bu klubda 21 oyun keçirib və qol vurmayıb.

2003-cü ildə yenidən "Neftçi" klubuna qayıdıb. 9 may 2004-cü ildə Azərbaycan Kubokunun finalında "Şəmkir" ilə qarşılaşmada "Neftçi"nin heyətində meydana çıxıb, bu oyunda "Neftçi" 1–0 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxıb.[30] 2003/04 mövsümündə Neftçinin heyətində 4 oyun keçirib və 4 qol vurub[31].

21 iyul 2004-cü ildə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda Bosniya və Herseqovinanın "Şiroki Briyeg" klubu ilə qarşılaşmada kapitan kimi meydana çıxıb. "Neftçi" 1–0 hesabı ilə qələbə qazanıb, iki oyunun nəticəsinə görə "Neftçi" növbəti mərhələyə çıxıb[32]. İkinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi Rusiyanın "ÇSKA" Moskva klubu olub. 27 iyul 2004-cü ildə keçirilən və 0–0 hesabı ilə başa çatan ilk oyunda Qurban Qurbanov sonadək meydanda olub[33]. 4 avqust 2004-cü ildə cavab qarşılaşmasında da "Neftçi"nin heyətində meydana çıxıb. Bu oyunda "Neftçi" 2–0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb[34]. 2004/05 mövsümündə Neftçinin heyətində 23 oyun keçirib və 10 qol vurub[35].

11 sentyabrda "Gənclərbirliyi" Sumqayıt klubu ilə 4-cü tur oyununda 10-cu və 65-ci dəqiqədə iki qol vuraraq dubl edib. Oyun 3–0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb[36]. 16 oktyabr 2004-cü ildə çempionatın 7-ci turunda "MKT-Araz" klubu ilə oyunda 36-cı dəqiqədə oyunda ilk qolu vurub, oyun 0–1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb[36]. Azərbaycan çempionatının 28-ci turunda MOİK klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı açıb, oyun bu hesabla başa çatıb[36]. 25 aprel 2005-ci ildə "Şahdağ Samur" klubu ilə oyunda 86-cı dəqiqədə oyunda yeganə qolu vurub[36]. 20 may 2005-ci ildə ölkə çempionatının 33-cü turunda "Turan" Tovuz klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı 2–1 edib və komandasına qələbə qazandırıb[36].

2005-ci ildə "Neftçi" klubundan ayrılaraq "İnter" klubuna keçib.

21 avqust 2005-ci ildə Azərbaycan çempionatının 2005/06 mövsümünün ikinci turunda "Karvan"la oyunda 30-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1–1 edib, oyun 2–1 hesabı ilə "İnter"in xeyrinə başa çatıb[37]. Bu qol Qurbanovun "İnter" karyerasında yeganə qolu olub. Qurban Qurbanov "İnter"də cəmi 3 oyun keçirib.

Qurban Qurbanov futbolçu karyerasını 2005-ci ilin payızında — 33 yaşında bitirib[7]. 2005-ci ilin noyabrında Qurbanovun vida oyunu keçirilib. Bu oyunda Azərbaycan milliləri və Azərbaycan Premyer Liqasının legionerləri iştirak ediblər[38].

Statistika

KlubÇempionatMövsümLiqaKubokAvropaCəmi
OyunQolOyunQolOyunQolOyunQol
Daşqın ZaqatalaSovet İkinci Liqası1990–91????006323
Cəmi????006323
AlazaniUmaqlasi Liqa1991–92????00174
Cəmi????00174
Daşqın ZaqatalaAzərbaycan Çempionatı1992231300002313
1993????001611
Cəmi????003924
Turan TovuzAzərbaycan çempionatı1993–94????00299
1994–95????00103
1996????00158
Cəmi????005420
Kür-Nur MingəçevirAzərbaycan çempionatı1995–96????00124
Cəmi????00124
Neftçi BakıAzərbaycan çempionatı1996–97????103034
1997–98????20139
Cəmi????304343
Dinamo StavropolRusiya çempionatı1998??????3617
Cəmi??????3617
Baltika KalininqradRusiya çempionatı1999??????141
Cəmi??????141
Fakel (Voronej)Rusiya çempionatı1999??????128
2000??????161
2001??????91
Cəmi??????3710
Neftçi BakıAzərbaycan çempionatı2001–02????20149
Cəmi????20149
Fakel VoronejRusiya çempionatı2002??????287
Cəmi??????287
Volqar-Qazprom HəştərxanRusiya çempionatı2003??????210
Cəmi??????210
Neftçi BakıAzərbaycan çempionatı2003–04??????44
2004–05????302310
Cəmi??????2714
İnter BakıAzərbaycan çempionatı2005–0631000031
Cəmi31000031
CəmiSSRİ??????6323
Gürcüstan??????174
Azərbaycan??????182115
Rusiya??????13635
Karyera cəmi??????398177

Milli komanda karyerası

17 iyul 1992-ci ildə Azərbaycan milli futbol komandasının ilk oyununda meydana çıxıb[39]. Gürcüstan milli futbol komandası ilə qarşılaşmada 46-cı dəqiqədə Musa Qurbanovu əvəz edərək meydana daxil olub[40].

8 iyun 1993-cü ildə EKO Kuboku turnirində Qazaxıstanla qarşılaşmada 10-cu dəqiqədə hesabı açıb və 25-ci dəqiqədə 2-ci qolu vuraraq hesabı 1–2 edib. Oyun 3–3 hesabı ilə başa çatıb. Bu Qurban Qurbanovun milli komanda karyerasında ilk qolu və ilk dublu idi[41].

UEFA Avropa Kuboku 1996-ın seçmə mərhələsində 11 oktyabr 1995-ci ildə İsraillə səfər və 15 noyabr 1995-ci ildə Polşa ilə ev oyunlarında meydana çıxıb. İsraillə oyunda 70-ci dəqiqədə, Polşa ilə oyunda isə 69-cu dəqiqədə Vidadi Rzayevi əvəz edərək meydana daxil olub[42][43].

Qurban Qurbanov Azərbaycan millisinin heyətində FİFA Dünya Kuboku 1998-in seçmə mərhələsində də iştirak edib. 7 oyunda meydana çıxıb, qol vurmayıb[44].

2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında da milli komandanın heyətində meydana çıxıb. 5 iyun 1999-cu ildə Bakıda Lixtenşteyn komandası ilə oyunda 16-cı dəqiqədə hesabı açıb, oyun 4–0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb[45]. Bu qol Qurbanovun seçmə mərhələdə yeganə qolu olub. Cəmi 7 oyuna çıxıb[44].

2000-ci ilin fevral ayında Albaniyada keçirilən Rothmans Turnirində millinin heyətində AlbaniyaAndorra millilərinə qarşı oyunlarda çıxıb[46][47].

2002-ci il Dünya çempionatının seçmə mərhələsində 3 oyunda meydana çıxıb və qol vurmayıb[44].

UEFA Avropa Kuboku 2004-ün seçmə oyunlarında da meydana çıxıb. 12 fevral 2003-cü ildə Podqoritsada Serbiya və Monteneqro milli futbol komandası ilə oyunda 2–0 Azərbaycan millisi uduzarkən 57-ci və 78-ci dəqiqələrdə iki qol vuraraq hesabı 2–2 edib və komandasına 1 xal qazandırıb[48]. 11 iyun 2003-cü ildə Serbiya və Monteneqro ilə ev qarşılaşmasında da fərqlənib. 88-ci dəqiqədə qol vuraraq hesabı 1–1 edib. Bu oyun 2–1 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb[49]. Bu seçmə mərhələdə Qurban 6 oyuna çıxıb və 3 qol vurub[44].

6 iyun 2004-cü ildə Riqada Latviya millisi ilə keçirilən yoldaşlıq oyununda 75-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1–2 edib. Oyun 2–2 hesabı ilə başa çatıb. Bu, Qurban Qurbanovun milli komanda karyerasında vurduğu sonuncu qol olub[50].

FİFA Dünya Kuboku 2006-nın seçmə mərhələsində millinin heyətində 8 oyuna çıxıb, qol vurmayıb. 7 sentyabr 2005-ci ildə Avstriya milli komandası ilə keçirilən qarşılaşma Qurbanovun millidə sonuncu oyunu olub. Bu oyunda Qurbanov 90-cı dəqiqədə Samir Əliyev ilə əvəzlənib[51].

Azərbaycan milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur[52]. 1992–2005-ci illər ərzində Azərbaycan yığmasının heyətində 68 oyun keçirib və 14 qol vurub[53][54][55][56][57].

Milli komandada oyun statistikası

Mənbə:eu-football.info

Azərbaycan milli futbol komandası
İlYoldaşlıqDünya K.Dünya K. s/mAvropa K.Avropa K. s/mBaşqaCəmi
OyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
199210000000000010
199310000000003242
199400000000000000
199500000000200020
199652002000000072
199741005000000091
199850000000310081
199921000000410062
200000000000002020
200110003000000040
200230000000300060
200300000000330033
200453004000000093
200520004000000070
Cəmi2970018000165526814

Milli komandada vurduğu qollar

Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur. Keçmiş hücumçu 1992–2005-ci illədə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda 14 qol vurub. Qurbanov artıq 12 ildir futbolçu karyerasını bitirsə də, hələ də bombardir olaraq qalır.

Məşqçilik karyerası

2005-ci ilin sentyabrında Qurban Qurbanov "İnter" Bakı klubunun idman direktoru olmuşdur[58].

2008-ci ildə Azərbaycan milli futbol komandasının Litvaya qarşı keçirdiyi yoldaşlıq görüşündə yığmada məşqçi funksiyasını yerinə yetirib[59]. Qurban Qurbanov 2006-cı ildə 10 günlük Kayserisporda[60], 2009-cu ildə "Qalatasaray"da[61], 2011-ci ildə "Borrusiya" Dortmund klubunda[62], 2012-ci ildə isə "Barselona"[63] klubunda təcrübə keçib. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan futbolunun 100 illiyi münasibətilə Qurban Qurbanova Əməkdar məşqçi adı verilib[64]. Avropa yarışlarında ən uğurlu azərbaycanlı məşqçidir.

Neftçi

2006-cı ildə Ağasəlim Mircavadovun gedişindən sonra "Neftçi" klubunda məşqçilik fəaliyyətinə başlayıb[7][65]. Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı "Neftçi" öz meydanında "Gənclərbirliyi"ni darmadağın edib – 6:1[66].

Qurbanov "Neftçi"nin baş məşqçisi kimi ilk mətbuat konfranslarından birində bunları söyləmişdir:

"Bir komandanı çalışdırmaq özünüz oynamaqdan daha çətindir. Klub rəhbərliyinin etimadı mənə kömək edir, həm də gözəl bir komandamız var. Əminəm ki, bu mövsüm "Neftçi" mükafat yerlərindən aşağı düşməyəcək, amma vəzifəmiz dəyişməz olaraq qalır — Azərbaycan çempionluğunu qazanmaq ".

Onun baş məşqçi olduğu dövrdə "Neftçi" həm UEFA Kubokunda, həm də Azərbaycan çempiontında uğursuz çıxış edib[67]. Qurban Qurbanov məşqçilik fəaliyyətinə başladığı flaqmanı çalışdırdığı 15 ayda gümüş mükafat və UEFA Kubokuna vəsiqə qazanıb. 2005-ci ilin iyulunda Avstriyanın "Rid" klubu ilə görüşdə (1:3 və 2:1) mərhələ adlaya bilməyən məşqçi yeni mövsümün 4-cü turundan — 2005-ci ilin sentyabrın 2-də "İnter"lə 0–0 hesabı ilə başa çatan oyundan sonra istefa verib. Bundan sonra klubda idman direktoru vəzifəsində çalışan Qurban Qurbanov həmin ilin iyul ayında bu postdan da istefa verib[68].

Qarabağ

2009–2013-cü illər

Qurban Qurbanov Qarabağ futbol klubunun təlim məşq toplanışında (25 iyun 2009)

2008-ci ildə "Qarabağ" klubu ilə bir illik müqavilə bağlayıb[67]. O, baş məşqçi vəzifəsində türkiyəli Rasim Karanı əvəz edib. 2008-ci ilin sonunda müqaviləsinin başa çatmasına iki ay qalmış Qarabağ rəhbərliyi Qurbanovla 2009-cu ilin fevral ayını gözləmədən 3 illik müqavilə bağlamaq qərarına gəlib[69].

Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə finalda "İnter" (Bakı) klubunu 1:0 hesabı ilə məğlub etməklə tarixində üçüncü dəfə ölkə kubokunun qalibi olmuşdur. Bununla da Qurban Qurbanov Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olub: 2004-cü ildə "Neftçi"də komandanın kapitanı kimi və 2009-cu ildə "Qarabağ"da baş məşqçi kimi. 2009/10 mövsümündə "Qarabağ" Qurbanovun rəhbərliyi altında UEFA Avropa Liqasının pley-offadək irəliləyib[70]. 17 aprel 2010-cu ildə Futbol üzrə Azərbaycan çempionatı 2009/2010 mövsümünün XXVII turunda "Qarabağ"-"Bakı" oyununda "Bakı" komandasının dördüncü qolu vurmasından sonra azarkeşlər Qurban Qurbanovu istefaya səsləyiblər, oyun 1–4 hesabı ilə "Bakı"nın xeyrinə başa çatıb[71]. Mövsümün sonunda "Qarabağ" Qurban Qurbanovun başçılığı altında Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb[70].

2010-cu il noyabrın 11-də "AZAL" Bakı ilə oyundakı 0:2 hesablı məğlubiyyət Qurban Qurbanovun "Qarabağ"a başçılıq etdiyi 100-cü oyun olub[66]. Azərbaycan çempionatının 2010/11 mövsümündə ardıcıl 3 oyunda "Qarabağ" meydanı qol vurmadan və xalsız tərk etdi. Bundan sonra Qurbanovun istefaya gedəcəyi ilə bağlı xəbərlər yayılsa da, "Qarabağ" rəhbərliyi Qurbanovla əməkdaşlığı davam etdirəcəklərini bildirdi:""Rəsmi olaraq bildiririk ki, Qurbanova hər zaman olduğu kimi, tam dəstəyi davam etdiririk"[72]. 2010/11 mövsümündə "Qarabağ" çempionatın bürünc medalını qazandı və UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəlilədi.[70]

Azərbaycan çempionatının 2011/12 mövsümündə "Qarabağ"ın "Xəzər-Lənkəran"a 1:0 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində Ağdam klubunun azarkeşlərinin yer aldığı sektordan baş məşqçi Qurban Qurbanov əleyhinə istefa şüarları səsləndirilib. Bunun arxasında azərbaycanlı məşqçi Ağasəlim Mircavadovun olduğu ilə bağlı ehtimallar vardı[73]. 2011/12 mövsümü "Qarabağ" üçün uğursuz olub, komanda çempionatda medalsız qalıb və qitəmiqyaslı yarışlara vəsiqə qazana bilməyib.

Azərbaycan Premyer Liqasının 2012–2013 mövsümünün III turunda "Sumqayıt"la qarşılaşmada "Qarabağ"ı 200-cü dəfə meydana çıxarıb[74]. 2012/13 mövsümünün V turunda 16 sentyabr 2012-ci ildə "AZAL" Bakı-"Qarabağ" oyununda 6–2 hesabı ilə uduzduqdan sonra komandadan gedə biləcəyi ilə bağlı açıqlama verdi[75]. Lakin klub rəhbərliyi Qurbanovla yola davam edəcəklərini dedi[76]. Bu hadisədən sonra "Qarabağ"ın İmarət fan-klubu da Qurban Qurbanovu dəstəkləyən bəyanat verdi[77]. Həmin mövsümün sonunda Qurban Qurbanovun başçılıq etdiyi komanda Azərbaycan Premyer Liqasının gümüş medalını qazandı və UEFA Avropa Liqasında pley-off mərhələsinədək irəlilədi[70].

2013-cü ildən bəri

Futbol üzrə Azərbaycan çempionatı 2013/2014 mövsümünün ilk turunda "İnter" klubu ilə qarşılaşmada "Qarabağ"ın futbolçusu Riçard Almeydaya qarşı rəqib müdafiəçi Brüs Abdulayenin sərt oyununa etiraz edərək meydançaya daxil olub. Buna görə baş hakim Rəhim Həsənov onu tribunaya göndərib və AFFA İntizam Komitəsi Qurbanovu 1 oyunluq diskvalifikasiya edib, klubunu isə 1000 manat cərimələyib[78]. 20 dekabr 2013-cü ildə çempionatın II dövrəsinin son turunda "İnter" klubu ilə qarşılaşmada məşqçilik karyerasında 200-cü oyununu keçirib. 2013/14 mövsümündə Qurban Qurbanov məşqçilik karyerasında "Qarabağ" komandası ilə ilk dəfə Azərbaycan çempionu titulunu qazanıb[79]. Növbəti mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" komandasına məğlub olaraq mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirməli olub[80].Bu mərhələdə Qurbanovun komandasının rəqibi 2009-cu ildə "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Tvente" klubu olub. Ev oyununda 0–0 edən "Qarabağ" səfərdə 1–1 hesablı nəticə əldə edərək ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb[81]. "Qarabağ"ın "Tvente" ilə cavab qarşılaşması Qurbanovun bu komandaya başçılıq etdiyi 250-ci oyun olub[82]. Qurbanovun başçılığı altında "Qarabağ" qrup mərhələsində 6 xal toplayaraq üçüncü olub və növbəti mərhələyə yüksələ bilməyib[83].

22 may 2015-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi" klubu ilə oyun Qurbanovun karyerasında "Qarabağ"ı meydana çıxardığı 250-ci premyer liqa oyunu idi[84]. 2014/15 mövsümünü "Qarabağ" komandası Qurbanovun rəhbərliyi altında qızıl dublla tamamladı[85]. Bu, Qurbanovun karyerasında ilk belə hal idi. "Qarabağ" 2015–2016 mövsümündə mübarizəyə UEFA Çempionlar Liqasında başladı. II təsnifat mərhələsini keçsə də, III təsnifat mərhələsində Şotlandiyanın "Seltik" komandasına məğlub olaraq mübarizəni qitənin ikinci dərəcəli turnirində, UEFA Avropa Liqasında aparmalı oldu. Burada İsveçrənin "Yanq Boyz" klubunu mübarizədən kənarlaşdıraraq ardıcıl ikinci dəfə bu turnirin qrup mərhələsinə vəsiqə qazandı[86].

5 oktyabr 2015-ci ildə Azərbaycan Premyer Liqasında "İnter Bakı" klubu ilə oyunda Qurbanov "fair-play" nümunəsinə görə Elvin Məmmədova topu tora qovuşdurmamağı tapşırıb[87].Futbolçu da baş məşqçinin tapşırığına əməl edərək topu qapıdan keçirməyib[87] Qurbanovun nümunəsi dünya KİV-lərində böyük təriflə qarşılanıb.[88][89].

Hazırda "Qarabağ" futbol klubunun baş məşqçisidir. "Qarabağ" futbol klubu ilə ən çox oyun keçirən[90] və ən çox qələbə qazandıran baş məşqçidir[91]. O, 2016-cı ildə, Azərbaycan Premyer Liqasının çempion titulunu 5-ci dəfə qazanıb[92].

Azərbaycan milli futbol komandası

2017-ci il noyabrın 3-də Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub[93]. 8 dekabr 2018-ci ildə millidən ayrılıb.

Statistika

Mənbə:[66]
Son yenilənmə: 19 dekabr 2015

ÖlkəKomandaMövsümNəticə
OQHMT.fQ %X
Neftçi PFK2006–0724173447–1570.8 %54
2007–0842119–450 %7
Cəmi28194556–1967.8 %61
Qarabağ FK2008–0926147535–2253.8 %49
2009–10321412631–2643.75 %54
2010–1132177841–2253.1 %58
2011–1232158937–2846.8 %53
2012–13321611543–2650 %59
2013–1436219666–2158.3 %72
2014–1532208451–2862.5 %68
2015–1618115228–1261.1 %38
Cəmi2401285844332–18453,3 %451
Karyera cəmi2681477249388–20254.8 %512

Uğurları

Futbolçu karyerası

Klub

Turan Tovuz

Neftçi

Azərbaycan

  • EKO Kuboku
    • 3-cü yer (1): 1993

Şəxsi

Məşqçilik karyerası

Klub

Qarabağ

Şəxsi

Futboldan kənar

Qurbanov 2012-ci ildə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Müsbət Dəyişiklik gənclər hərəkatının birgə hazırladığı qadınlara qarşı zorakılığa "YOX" deyək sosial reklam çarxında çəkilib[105].

2015-ci ildə İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti tərəfindən Qurban Qurbanova xatirə plaketi təqdim olunub[106]. Həmin il Qurban Qurbanova həsr olunan "Qurban adına" filmi təqdim olunub. Filmin müəllifi Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin Azərbaycandakı təmsilçisi Şakir Eminbəylidir. Film Qurban Qurbanovun məşqçilik fəaliyyətində həm ölkədaxili, həm də Avrokuboklarda qazandığı uğurlardan bəhs edir[107][108].

2023-cü ildə Qurban Qurbanovun həyat və fəaliyyətindən bəhs edən "Stadionlar səssiz olanda" bədii filmi çəkilmişdir.[109][110][111]

İstinadlar

Xarici keçidlər