Qurdlar məhəlləsi (Şuşa)

Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri.

Qurdlar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri[1][2]. Qarabağın tanınmış soylarından olan Zöhrabbəyovların evi, Qaraböyük xanım sarayı, məşhur ictimai xadim, yazıçı, pedaqoq Əhməd bəy Ağaoğlunun atasının mülkü bu məhəllədə yerləşir.[3]

Qurdlar məhəlləsi
Ümumi məlumatlar
ÖlkəAzərbaycan Azərbaycan
ŞəhərŞuşa

Haqqında

Məhəllədə Qaraböyük xanım sarayı yerləşir. Bu saray Şuşa qalası ərazisində salamat qalmış 2 saraydan biridir. Qalanın giriş qapısının üzərindəki kitabədə onu 1768-ci ildə tikildiyi qeyd olunub.[4]

Məhəllədə yerləşən mülklərdən biri də Zöhrabbəyovun evidir. Bu ev XIX əsrdə tikilib. Sovet işğalından sonra ev müsadirə olunub və burada Şuşa şəkil qalereyası fəaliyyət göstərib.[5] 1992-ci ildə Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. Hazırda bina yarıdağılmış vəziyyətdədir.[6]

Qurdlar məhəlləsində həmçinin Əhməd bəy Ağaoğlunun doğulub böyüdüyü ev də yerləşib. Sovet işğalından sonra bu binadan idarə və müəssisə, pansionat və məktəb kimi istifadə edilib. Yerli camaat arasında “Lesnaya şkola” kimi tanınıb. 1992-ci ildə Şuşa işğal edildikdən sonra Əhməd bəy Ağaoğlunun evi tamamilə dağıdılıb.[7] Şuşa azad olunduqdan sonra Əhməd bəy Ağaoğlunun evində təsis olunan, mərkəzi Ankarada yerləşən Türk Ocaqlarının Ümumi Mərkəzi bütün xərcləri öz üzərinə götürərək Ağaoğlunun dağıdılmış evini əvvəlki halını bərpa etmək üçün Azərbaycan dövlətinə müraciət edib.[8]

Şəkillər

Həmçinin bax

İstinadlar

Xarici keçidlər