Rəziyyə Gəncəvi

Azərbaycan şairi

Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur.

Rəziyyə Gənəvi
Rəziyyə Gəncəvinin Hacıkənd qəsəbəsindəki "Sələflər-xələflər parkı"ndakı büstü
Rəziyyə Gəncəvinin Hacıkənd qəsəbəsindəki "Sələflər-xələflər parkı"ndakı büstü
Doğum tarixi
Doğum yeriGəncə
Vəfat tarixi
Vəfat yeriGəncə
VətəndaşlığıAzərbaycan Atabəylər dövləti
Fəaliyyətişairə
Əsərlərinin dilifars dili
İstiqamətDivan ədəbiyyatı
Janrlarrübai, qəzəl
Vikimənbənin loqosu Rəziyyə Gəncəvi Vikimənbədə
Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Rəziyyə Gəncəvi rəsmi

Haqqında

Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər.

Rübailəri

***
Yolun torpağıtək eyləsən də xar,
Yenə də qulunam, ey əziz dildar!
Qərqəm göz yaşına, mərhəmət qılıb,
Alsan ağuşuna məni, nə olar?

***
Yuxum yox, getmə sən, canan, gözümdən,
Getməyir göz yaşı bir an gözümdən.
Çünki sən gözümü etmisən məskən,
Sevincdən yaş damır hər an gözümdən.

İstinadlar

Ədəbiyyat

  • Azərbaycan qadın şairləri antologiyası, "Avrasiya Press", Bakı, 2005