Rahib Fətəliyev

İkinci Qarabağ müharibəsi iştirakçısı

Rahib Pənah oğlu Fətəliyev (10 iyul 1978; Beyləqan rayonu, Azərbaycan SSR27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Rahib Fətəliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBolsulu, Beyləqan, Azərbaycan SSR
Vəfat tarixi (42 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriBolsulu, Beyləqan, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2007—2020
Rütbəsi Çavuş
DöyüşlərAprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Rahib Fətəliyev 1978-ci il iyulun 10-da Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub.[1] Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Hərbi xidməti

Rahib Fətəliyev 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun çavuşu olan Rahib Fətəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahib Fətəliyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Bolsulu qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Fətəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Fətəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar