Ramiz Mehdiyev

Azərbaycan ictimai-siyasi və elm xadimi

Ramiz Ənvər oğlu Mehdiyev (17 aprel 1938, Bakı) — Azərbaycan ictimai-siyasi və elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019–2022), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995–2019), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Həqiqi Dövlət Müşaviri.[2][3][4]; Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü; Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin (1993–05.03.2021) və Veteranlar Şurasının üzvü (05.03.2021–h.h.)

Ramiz Mehdiyev
23 oktyabr 2019 – 14 fevral 2022
ƏvvəlkiAkif Əlizadə
Sonrakıİsa Həbibbəyli
7 fevral 1995 – 23 oktyabr 2019
SonrakıSamir Nuriyev
bayraq
Prezidentin İcra Aparatının şöbə müdiri
bayraq2
1994 – 1995
SonrakıMail Rəhimov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
8 dekabr 1983 – 31 may 1988
Birinci katibKamran Bağırov
Əbdürrəhman Vəzirov
oktyabr 1978 – 30 sentyabr 1980
ƏvvəlkiHəsən Həsənov
SonrakıHeydər İsayev
Şəxsi məlumatlar
Doğum tarixi17 aprel 1938(1938-04-17) (86 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyətisiyasətçi
Uşağı
Elmi fəaliyyəti
Elm sahəsisosiologiya[1], politologiya[1]
Elmi dərəcəsi

Təltifləri"Heydər Əliyev" ordeni — 2019
"İstiqlal" ordeni — 2008 "Şərəf" ordeni — 2013 "Şöhrət" ordeni — 2018
"Dostluq" ordeni (Rusiya) — 2008 "Qırmızı əmək bayrağı" ordeni — 1986 "Qırmızı əmək bayrağı" ordeni — 1980
Nizami Gəncəvi adına Qızıl medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub.

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir. Buradakı təhsilini başa vurduqdan sonra 1961-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1968-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub.

1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.

Ramiz Mehdiyev professor Kamilə Əliyevanın və fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevin atasıdır.

Fəaliyyəti

Əmək fəaliyyəti

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Xəzərneftdonanma" İdarəsində işləyib. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967–68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.[4]

1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.

23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. AMEA-ya rəhbərliyi dövründə akademiyanın bir sıra üzvləri və heyəti tərəfindən bir sıra tənqidlərlə üzləşib.[5][6][7]

14 fevral 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa ərizəsini Azərbaycan Prezidentinə təqdim edəcəyini açıqlamışdır.[8][9] 19 fevral 2022-ci ildə AMEA ümumi yığıncağında Mehdiyevin istefası qəbul edilmiş, prezident səlahiyyətlərini icra etmək birinci-vitse prezident Arif Həşimova tapşırılmışdır.

Siyasi fəaliyyəti

1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə təyin edilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub. 1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.[4]

1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib.[4] Həmin dövrdə Ramiz Mehdiyev Azərbaycanda ateizmin təbliği ilə aktiv şəkildə məşğul olurdu.[10]

1983-cü ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunmuş və 1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunmuşdur.

1980–1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. 4 fevral 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri vəzifəsində işləyib.

7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuşdur. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı. Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən sonra Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü təyin edilib.[11]

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.[12]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" sərəncamda dəyişiklik edilməsi barədə 8 sentyabr 2020-ci il tarixində imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri Ramiz Mehdiyev vəzifəsindən azad edilmiş,[13] onun əvəzinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev sədr təyin edilmişdir.[14]

Jurnalist Eynulla Fətullayev Ramiz Mehdiyevin bir dövr Azərbaycan Kommunist Partiyası üzvü olduğunu iddia etmişdir.[15]

Elmi fəaliyyəti

"V. İ. Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyasının mövzusu isə "Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri" olmuşdur. Həm namizədlik, həm də doktorluq mövzuları sosial fəlsəfə sahəsinə aiddir.[16]

Müxtəlif vəzifələrdə işlədiyi müddətdə elmi fəaliyyətini də davam etdirən Ramiz Mehdiyev 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilən Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 23 oktyabr 2019-cu ildə — Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunmuşdur.[17]

Ramiz Mehdiyev həmçinin, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası tərəfindən nəşr edilən "Fəlsəfə, Sosial və Siyasi Elmlər" jurnalının redaksiya heyətinin sədridir.[16][18]

Elmi dərəcəsi fəlsəfə elmləri doktoru, elmi rütbəsi professor olan Ramiz Mehdiyev postsovet Azərbaycanının inkişafına fokuslanan 250-dən çox elmi məqalənin müəllifidir.[19] Onun məqalələrinin əsas mövzusu sosial fenomen, iqtisadi inkişaf, fəlsəfədialektikadır. O, həmçinin 26 kitabın müəllifidir. Kitablarından 7-i müxtəlif xarici dillərə tərcümə olunmuşdur. 7 kitab, 81 məqaləsi həmçinin, xaricdə nəşr edilmişdir.[19] Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrinin sayı isə 39-dur.[19]

Əsərləri

Mükafatları

İstinadlar

Xarici keçidlər