Hrazdan rayonu

(Razdan rayonu səhifəsindən istiqamətləndirilmişdir)

Hrazdan və ya Razdan rayonu[2] (1930–1959-cu illərdə Axta rayonu) — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi.

Rayon
Hrazdan rayonu
İnzibati mərkəzHrazdan
Tarixi və coğrafiyası
Yaradılıb09.09.1930
Ləğv edilib11 aprel 1995
Əhalisi
Əhalisi28 903[1] (1989) nəfər
Hrazdan rayonu xəritədə

Tarixi

1930-cu il sentybarın 30-da yaradılıb. 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Hrazdan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir.

Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub. İrəvan xanlarından Pənah xanın buradakı sarayı XX əsrin 60-cı illərinə kimi saxlanılmışdı.

Dərəçiçək mahalının Şimalından Böyük Qarakilsəyə qədər uzanan Teş dağları Gürcüstan ağzına gedib çıxır. Tədqiqatçılar "teş" sözünün dış sözünün fonetik forması olduğunu və bu kəlimənin Dış Oğuzların sərhəddini göstərdiyini bildirirlər. Maraqlıdır ki, ermənilər də bu sözü dırs kimi "bayır", "çöl" anlamında işlədirlər.

Kitabi Dədə Qorqud boylarında adı çəkilən Altuntaxtın da Dərəçiçəkdə olduğu haqqında da araşdırmalar aparılıb. Doğrudan da Dərəçiçəkdə Misxana kəndindən Şimal Şərqdəki yaylağın adı Altuntaxt yaylağıdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Axta rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adıİndiki adıDəyişdirilmə tarixi
DərəçiçəkTsaxkadzor
ƏrzəkəndArzakan
PaşakəndMarmarik03.01.1935
DədəqışlaqAxundov04.05.1939
TayçarıxMeğradzor31.05.1946
BabakişiHaxavanadzor15.07.1948
MisxanaAnkavan01.12.1949
Aşağı AxtaHrazdan30.06.1959
Axta rayonuHrazdan rayonu30.06.1956
Yuxarı AxtaLernanist25.01.1978
Təkəli (Dərəçiçək)Artavaz19. IV.1991

Mənbə

  • ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 75

İstinadlar

Xarici keçidlər

Həmçinin bax