Reyhan Müslümova

Reyhan Müslümova - Azərbaycanlı müğənni

Reyhan Müslümova
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeriQuba, Azərbaycan Azərbaycan SSR, SSRİ SSRİ
Vəfat tarixi (52 yaşında)
Vəfat yeriBakı, Azərbaycan Azərbaycan
Vəfat səbəbi

Şəkərli diabet

Bəzi mənbələrdə Qanaxma
VətəndaşlığıSSRİ SSRİ, Azərbaycan Azərbaycan
MilliyyətiAzərbaycanlı
Musiqiçi məlumatları
FəaliyyətiMüğənni
Fəaliyyət illəri1962-2002

Həyatı

Reyhan Müslümova 1949-cu ildə Qubada anadan olub. Valideynləri həkim olduğundan qızlarını da həmin sahəyə yönləndirmək istəsələr də, o müğənni olmağa qərar verib. Müğənnilik karyerasında ilk addımlarını "Lalə" qızlar ansamblında atıb. Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Yaqut Babayeva ilə birgə səhnəyə qədəm qoyub. 18 yaşındaykən Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" filmində Cahandar ağanın qızı Salatın rolunu canlandırıb.

Vəfatı

Reyhan Müslümova artıq çəkidən əziyyət çəkib. Şəkər xəstəsi olduğundan həkimlər əməliyyat aparmaqdan imtina ediblər. 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşür və 52 yaşında həyatını itirir.

Digər bir versiyaya görə həkim müğənninin mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Xəstəxanadan verilən ölüm kağızında isə Reyhan Müslamovanın guya yanıq xəsarətlərindən öldüyü qeyd olunub.

2004-cü ildə oğlu tərəfindən "Mən həyatda olmayanda" adlı musiqili diski və konsertlərdə, tele-kanallarda etdiyi çıxışların hamısını DVD-formasında arxivləşdirilib.

Filmoqrafiya

Dəli Kür (film, 1969) - Salatın