Dik Çeyni

(Riçard Çeyni səhifəsindən istiqamətləndirilmişdir)

Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993).

Riçard Bryus "Dik" Çeyni
Richard Bruce "Dick" Cheney
bayraq
Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti
bayraq2
PrezidentCorc Uoker Buş
ƏvvəlkiAlbert Qor
SonrakıCo Bayden
20 mart 1989 – 20 yanvar 1993
PrezidentCorc H. U. Buş
ƏvvəlkiFrenk Karluççi
SonrakıLes Aspin
Şəxsi məlumatlar
Doğum adıRichard Bruce Cheney
Doğum tarixi (83 yaş)
Doğum yeriLinkoln, Nebraska, ABŞ
PartiyaRespublikaçılar Partiyası
Təhsili
Fəaliyyətisiyasətçi, avtobioqraf[d], iş adamı, tacir
AtasıRiçard Herbert Çeyni
AnasıMarcori Loreyn Diki
Həyat yoldaşıLinn Çeyni
Uşaqlarıqızları: Elizabet, Meri
Elmi fəaliyyəti
Elm sahəsisiyasət[1], kommersiya[1]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır.

Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi.

Siyasi fəaliyyəti

1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib. Çeyni daha çox əlaqələr qurmaq və səhnə arxası diplomatiyada məharətinə görə tanınır.