Risako Mitsui

Risako Mitsui (d. 23 sentyabr 1993, Şincuku, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Risako Mitsui 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların iki bürünc medalını qazandı. Mitsui həmdə 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb.

Risako Mitsui
yap. 三井梨紗子
Şəxsi məlumatlar
VətəndaşlığıYaponiya Yaponiya
Doğum tarixi (30 yaş)
Doğum yeriŞincuku, Yaponiya
Təhsili
  • Nihon Universiteti[d]
Boyu168 sm
Çəkisi56 kq
İdman növü Sinxron üzgüçülük
3 noyabr 2016 tarixində yenilənib.

Karyerası

Risako Mitsui 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Yukiko İnuy komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.

Risako Mitsui həmin Olimpiya Oyunlarında həmdə duet yarışlarda çıxış etdi. Risako Mitsui Yukiko İnui ilə birgə yarışların finalında 188.0547 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.

Həmçinin bax

  • Yaponiya 2016 Yay Olimpiya Oyunlarında

İstinadlar