Roko Blajeviç

Roko Blajeviç (xorv. Roko Blažević; 10 mart 2000, Split) — Xorvatiya müğənnisi. O, Xorvatiyanın Dora 2019 musiqi festivalında qələbə qazandıqdan sonra Xorvatiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. Rokonun müsabiqədə ifa etdiyi mahnı "The Dream" adlanır.[1][2][3]

Roko Blajeviç
xorv. Roko Blažević
Ümumi məlumatlar
Doğum adıRoko Blajeviç
xorv. Roko Blažević
Doğum tarixi10 mart 2000(2000-03-10) (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni
Fəaliyyət illəri2017–h.h.
Janr
Musiqi alətlərivokal, orqan, piano
Albom şirkətiCroatia Records
ƏlaqəsiJak Hudek
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Roko Blajeviç 2000-ci ildə Xorvatiyanın Split şəhərində anadan olmuşdur. Onun anası Mariya Saratliya-Blajeviç də Roko kimi müğənnidir. Atası isə Rokodan fərqli olaraq klapa tərzinə üstünlük verən ifaçıdır. Onun qardaşı da gitara ifa edir.[4]

Musiqi karyerası

2017-ci ilin iyul ayında Roko Serbiyanın Pinkove Zvezdice musiqi yarışmasında qələbə qazanmışdır. 2018-ci ilin dekabr ayında isə ifaçı Xorvatiyanın Zvijezde yarışmasında ikinci yerə layiq görülmüşdür. Roko Xorvatiyanın HRT telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turu olan Dora 2019-da Jak Hudekin bəstələdiyi "The Dream" mahnısı ilə iştirak etmiş və nəticədə yarışmada qalib gələrək, ölkəsini Tel-Əvivdə keçirilən müsabiqədə təmsil etmək hüququnu əldə etmişdir.

Diskoqrafiya

Sinqllar

Mahnı adıİl
"The Dream"2019

İstinadlar

Əvvəlki:
Franka Bateliç
"Crazy"
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:

Xarici keçidlər