RuPaul's Drag Race

ing. RuPaul's Drag Race - Logo TV üçün World of Wonder (mövsüm 1–8), WOW Presents Plus, VH1 (mövsüm 9–14) və MTV (mövsüm 15) tərəfindən istehsal olunan Drag Race franşizasında birinci olan Amerika tv realiti şou yarışması.

RuPaul's Drag Race
ing. RuPaul's Drag Race
Loqonun şəkli
Janrteleoyun[d], LGBT ilə bağlı seriallar[d]
İstehsalçı ölkə
Dilingilis dili[1]
İlk buraxılış2 fevral 2009
mtv.com/shows/rupauls-dr…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

RuPaulu şousunun süarı "Amerikanın növbəti drag super ulduzu" axtarışı ilə sənədləşdirilir.[2] RuPaul bu şounun aparıcısı, mentoru və baş hakimi rolunu oynayır, o, iştirakçılara hər həftə müxtəlif çalışmalar təqdim edirdi. Müsabiqə iştirakçıları RuPaul, Michelle Visage, Carson Kressley, Ross Mathews-dan ibarət əsas münsiflər [3] və onların müsabiqə boyu irəliləyişlərini tənqid edən bir və ya bir neçə qonaq münsifdən ibarət panel tərəfindən qiymətləndirilirdilər.

RuPaul's Drag Race on beş mövsümü əhatə edir - RuPaul tərəfindən ev sahibliyi edilən Britaniya, Avstraliya və Yeni Zelandiya versiyaları, o cümlədən Çili, Tayland, Kanada, Hollandiya, İspan, İtalyan, Fransız, Filippin, Belçika, İsveç, Meksika, Braziliya və Alman buraxılışları və beynəlxalq səviyyədə Böyük Britaniya və Kanadada keçirilən dünya yarışları.

Şou Loqo TV-də ən yüksək reytinqli televiziya proqramına çevrilərək Birləşmiş Krallıq, Avstraliya, Kanada, Hollandiya və İsrail də daxil olmaqla beynəlxalq səviyyədə yayımlanır. Şou RuPaul-a ən yaxşı realiti şou aparıcısı nominasiyasında yeddi ardıcıl Emmy Mükafatını (2016-2022) qazandırdı. Şou özü ardıcıl 4 dəfə (2018-2021) ən yaxşı realiti şou proqramı nominasiyasında Primetime Emmy və GLAAD Media Mükafatlarına layiq görülüb. O, RuPaul üçün Ən Yaxşı Realiti şou müsabiqə və ən yaxşı realiti şou aparıcısı daxil olmaqla, dörd Tənqidçinin Seçdiyi Televiziya Mükafatına namizəd olub və görkəmli makiyaj üçün Yaradıcı İncəsənət Emmi Mükafatına namizəd olub. Daha sonra 2018-ci ildə şou eyni ildə ən yaxşı realiti müsabiqə proqramına görə və realiti müsabiqə proqramının aparıcısı üçün Primetime Emmy Mükafatını 2 dəfə qazanan ilk şou oldu.[4][5]

Format

Drag Race yarışmacıları şounun istehsal şirkəti olan World of Wonder - ə video dinləmələr təqdim edirlər.[6] RuPaul, aparıcı və baş münsif kimi hər lentə baxır və mövsümün rəqiblərini seçir.[7] Seçilmiş ifaçılar toplusu çəkiliş meydançasında olduqdan sonra onlar müxtəlif çağırışlarda bir-biri ilə yarışdıqları bir sıra epizodlar çəkirlər. Hər bir epizod adətən bir iştirakçının müsabiqədən kənarlaşdırılması ilə başa çatır. Nadir hallarda, epizodun nəticəsi iki iştirakçının uzaqlaşdırılması,[8][9] heç birinin uzaqlaşdırılmaması,[10] iştirakçının diskvalifikasiyası [9] və ya tibbi səbəblərə görə yarışma iştirakçısının kənarlaşdırılması halları olmuşdur.[9] Hər bir epizodda rəqiblər drag performansın müxtəlif sahələrində bacarıqlarını sınayırdılar.[11][12]

RuPaul və münsiflər heyəti daha sonra hər bir iştirakçının performansını tənqid edir, öz aralarında müzakirə edir və həftənin qalibini və son iki rəqibi elan edirdilər. 2 kraliça " Lip Sync for Your Life" adlanan yarışmada yarışır; [13] dodaq sinxronizasiyasının qalibi müsabiqədə qalır, uduzan isə mübarizədən kənarlaşdırılır.[11][10] Ümumiyyətlə, münsiflərin ən çox "xarizma, unikallıq, enerji və istedad" nümayiş etdirdiyini hiss etdiyi iştirakçı (CUNT) irəliləyən olub.[10][14] RuPaulun seçdiyi seçimdən asılı olaraq son üç və ya dörd, qalan iştirakçılar mövsümün qalibinin taclandığı xüsusi final epizodunda yarışırlar. 12-ci sezonun finalı COVID-19 pandemiyası səbəbindən məsafədən çəkildi.[15] Bütün mövsüm adətən dörd həftə ərzində çəkilir.[16]

Münsiflər

RuPaul şounun premyerasından bəri baş münsif olub. İlk iki mövsümdə Merle Ginsberg paneldə ona qoşuldu; onu 3-cü mövsümdə RuPaulun çoxdankı dostu və RuPaul Şousunun aparıcısı olan Mişel Vizaj əvəz etdi.[17] Santino Rays 1-ci mövsümdən 6-cı mövsümə qədər münsif olub.[18] 7-ci mövsümdən etibarən Ross Mathews və Carson Kressley Raysı dəyişərək əvəz etdilər.[19] Nyu-York City - nin vizajisti Billy B üçüncü və dördüncü mövsümlərdə müntəzəm olaraq münsiflər heyətində iştirak edirdi. Əksər həftələrdə bir və ya iki məşhur qonaq münsiflər panelə qoşulur.[20] 13 və 14-cü mövsümlərdə təkrarlanan qonaq münsif kimi göründükdən sonra Ts Madison on beşinci mövsümdən etibarən Metyus və Kressliyə alternativ münsiq kimi qatıldı.

Müsabiqə iştirakçıları

Şounun ABŞ versiyasında 150-dən çox iştirakçı yarışıb.

Mükafatları

RuPaul's Drag Race otuz doqquz nominasiyada Emmi mükafatına namizəd oldu və iyirmi dördünü qazandı.[21][22][23] O, həmçinin üçünü [24][25][26] qazanmaqla doqquz nominasiyada Reality Television Mükafatına namizəd olub və yenə də üç qalib olmaqla altı nominasiyada NewNowNext Mükafatına namizəd olub.[27]

Trans icması ilə əlaqə

İlk on iki mövsümdə RuPaul epizod üçün yarışmaçıların görünüşləri göstərilməzdən əvvəl "Cənablar, mühərriklərinizi işə salın və ən yaxşı qadın qalib gəlsin" deyərdi. 13-cü mövsüm şounun ilk transseksual kişi iştirakçısı Gottmiki təqdim edəndə inklüzivliyi təşviq etmək üçün RuPaulun şüarı dəyişdirildi: "Yarışçılar, mühərriklərinizi işə salın və ən yaxşı drag queen qalib gəlsin." [28]

İstənilən cinsi oriyentasiya və gender kimliyi olan ifaçılar yarışmaya qatılma hüququna malikdirlər, baxmayaraq ki, bu günə qədər əksər iştirakçılar gey, cisgender kişilər olmuşdur. Transgender rəqiblər mövsümlər irəlilədikcə daha çox yayılmışdır; İkinci mövsümün iştirakçısı olan Sonique, xüsusi görüş zamanı qadın kimi çıxanda ilk açıq trans qadın iştirakçı oldu.[29] Daha sonra Sonique All Stars 6-da qalib gələrək şounun ingilis dilli versiyasını qazanan ilk trans qadın oldu və ümumilikdə ikinci oldu. Bundan əlavə qeyd edildiyi kimi Gottmik (mövsüm 13) ilk və yeganə açıq şəkildə transgender kişi yarışmaçısı idi.[30] Jinkx Monsoon kimi müxtəlif müsabiqə iştirakçıları da qeyri-binar olaraq çıxdılar.[31]

İstinadlar

Xarici keçidlər