Rusiya gerbi

Rusiya gerbiRusiya Federasiyasının rəsmi dövlət simvolu[2]; Bayraqhimn ilə birlikdə Rusiyanın əsas dövlət simvollarından biridir. Müasir gerb Rusiya Federasiyası prezidentinin 30 noyabr 1993-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir.

Rusiya gerbi
Versiyalar

Heraldika qalxanısız əlvan versiyası
Detallar
ArmigerRusiya Federasiyası
Təsis edilib30 noyabr 1993, 1497
Təsdiq edilib30 noyabr 1993[1]
TacBöyük Pyotrun üç tacı
Gerbin lövhəsiaşağı küncləri yuvarlaq vą kənarları iti dördbucaqlı qırmızı heraldika qalxanı
Digər elementlərnizə ilə əjdahanı vuran atlı[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiya Federasiyasının dövlət gerbi aşağı küncləri yuvarlaq vą kənarları iti dördbucaqlı qırmızı heraldika qalxanından ibarətdir, hansının ki üzərində hamar qanadlarını yuxarı qaldırmış cüt başlı qartal əks olunub. Qartal xaçlı iki kiçik tac və onların üstündə lentlə birləşdirilmiş xaçlı böyük tac ilə taclandırılıb. Qartalın sağ pəncəsində skeptron, solda isə derjava var. Qartalın sinəsində, qırmızı qalxanın üzərində gümüş nizə ilə arxası üstə çevrilən və at tərəfindən tapdalanan qara əjdahaya zərbə endirən gümüş at üstündə mavi plaşlı gümüş atlı təsvir olunub.[2]

Rusiya gerblərinin xronologiyası

TarixlərTəsviriAdıTarixlərTəsviriAdı
XV əsr III İvanın möhürünün arxa hissəsi, 1497-ci ilXVI əsrin ortaları Çar IV İvanın böyük dövlət möhüründən götürülmüş gerb, 1577–1578 illər
1580-ci—1620-ci illər Çar I Fyodrun Orta dövlət möhürlü gerbi (xaç ilə), 1589-cu il1620-ci—1690-cı illər Çar I Alekseyin böyük dövlət möhüründən götürülmüş gerb, 1667-ci il (Çar titulyar kitabçasından şəkil)
XVIII əsrin 1-ci rübü I Pyotrun gerbiXVIII əsrin 40–90-cı illəri Yelizaveta Petrovna dövrünün gerbi
 (10) avqust 21 1799 I Pavelin dövründə Rusiya gerbi (Malta xaçı ilə)XIX əsrin ilk rübü I Nikolayın gerbi
XIX əsrin ortası 1883–1917-ci illər Rusiya İmperiyasının kiçik gerbi
1882–1917 illər Rusiya İmperiyasının böyük gerbi1917–1918-ci illər Rusiya Respublikasının emblemi
1918–1920 Rusiya dövlətinin gerbi (layihə)1918–1920 Sovet Rusiyasının gerbi
1920–1978 RSFSR-in gerbi1978–1992 RSFSR-in gerbi
1992–1993 Rusiya Federasiyasının dövlət gerbi1993-cü ildən Rusiya Federasiyasının gerbi

İstinadlar