Sıldıs Donqak

Sıldıs Donqak (tıva Сылдыс Баазаң оглу Доңгак, 13 sentyabr 1970, Tuva Xalq Respublikası ) — Tuvanın Övür bölgəsindəki Torqalıq kəndində anadan olmuş tuvalı şair, yazıçı.[1][2] O, həmçinin tacirliklə də məşğuldur.

Sıldıs Dongak
Сылдыс Баазаң оглу Доңгак
Doğum tarixi13 sentyabr 1970(1970-09-13) (53 yaş)
Doğum yeri
Fəaliyyətiyazıçı
Əsərlərinin dilituva dili
İlk əsəriMen hovuda sırın ıglay-dır

Həyatı

13 sentyabr 1970-ci ildə hal-hazırkı Tuva Muxtar Sovet Sosialist Respublikasındakı Övür bölgəsinin Torqalıq məntəqəsində anadan olmuşdur. Torqalıqdakı təhsilindən sonra Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnistitutunda ali təhsilini almışdır. Kənd təsərrüfatı və menecment sahəsindəki təhsilini Rusiya Akademiyasında almışdır. Ədəbi fəaliyyətlə yanaşı, ticari fəaliyyətlə də məşğuldur.[3]

Yaradıcılığı

Yazıçılığa 1990-cı ildə başlamışdır. Şerləri Tuvanın qəzetlərində, Tuva Ədəbiyyatı jurnalında, "Ulug-Hem" məcmuəsində nəşr edilmişdir.[4] "Een hovuda sırın ıglaydır" adlanan şer kitabı 1998-ci ildə nəşr edilmişdir. Onun şerləri ruscaya də tərcümə edilmişdir. Şerlərinin tərcüməçisi Yuri Kuznetsovdur.

Əsəri

  • Men hovuda sırın ıglay-dır (Kızıl, 1998, şerlərinin antologiyası)[5]

Həmçinin bax

İstinadlar