Tıva

rus federasiyasını təşkil edən respublikalar

Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri.

Tıva
Тыва Республика
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
Tuva Respublikasının himni

51°47′ şm. e. 94°45′ ş. u.


ÖlkəRusiya Rusiya
İnzibati mərkəzKızıl
Dövlət BaşçısıŞolban Kara-ool
Qurultay SədriDavaa Kan-ool
Tarixi və coğrafiyası
Yaradılıb1993 (1991)
Sahəsi
  • 170.500 km²
Saat qurşağı
  • Krasnoyarsk vaxtı[d]
Əhalisi
Əhalisi
  • 330.368 nəf. (1 yanvar 2021)
Rəsmi diliTıvaca, Rusca
Rəqəmsal identifikatorlar
ISO koduRU-TY
Avtomobil nömrəsi17
Rəsmi sayt
Tıva xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir .[1] Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur. Yağıntının miqdarı 250–400 mm-dir. Əsas çayları Yenisey və onun qollarıdır. Respublika ərazisində çol landşaftı, dağ şabalıdı torpaqlar geniş yayılmışdır. Dağ yamaclarında qaraşam, dağlıq sahələrdə tundra bitkiləri yayılmışdır. Bu isə əkinçilik və heyvandarlığın inkişafına geniş imkanlar yaradır.

Əhali

2002-ci ildə aparılmış siyahıya almaya əsasən respublikada 305.510[2] , 1 yanvar 2007-ci ilə olan rəsmi təxminə əsasən isə 309.439 nəfər[3] əhali yaşayır. Tıva Respublikası əhalisinin 60% - dən çoxu tıvalılardır. Əhalinin 47% - i şəhərlərdə, 53%- i kəndlərdə yaşayır. Böyük şəhərləri Qızıl, Şanqonar və Cadandır.

İqtisadiyyat

Tıvada hasilat sənayesi, yüngül və yeyinti sənayesi, meşə-ağac emalı inkişaf etmişdir. Kənd təsərrüfatı dənli və yem bitkilərinin becərilməsi və heyvandarlıq istiqamətlidir. Heyvandarlıqda ətlik – südlük qaramal və zərifyunlu qoyunçuluq əsas yer tutur. Respublikanı xarici aləmlə bağlayan yeganə avtomobil yolu Qızıl – Minusinsk magistralıdır.

Rayonlar

Şəhərlər

  • Qızıl – 104.105 nəfər (2002-ci il siyahıya almasına əsasən)[4]

Təbii fəlakət

  • 27 dekabr 2011-ci il tarixində saat Moskva vaxtı ilə 19:22-də Kaa-Xem rayonunda (Kızıldan 100 km şərqdə) maqnitudası 6,7 olan 9,5 bal gücündə zəlzələ olub. Daha sonra isə 6 bal gücündə təkrar təkanlar (afterşok) baş verib[5][6][7](rus.)

İstinadlar

Xarici keçidlər

Həmçinin bax