Sərdar Amin

Azərbaycanlı yazıçı

Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin (4 yanvar 1988, Zərdabi, Quba rayonu) — azərbaycanlı yazıçı.

Sərdar Amin
Sərdar İmaməddin oğlu Tağıyev
TəxəllüsüSərdar Amin
Doğum tarixi[1] (36 yaş)
Doğum yeriQuba, Azərbaycan SSR[2]
Milliyyətiazərbaycanlı
Təhsili
Fəaliyyətiyazıçı
Fəaliyyət illəri2013-cü ildən
Əsərlərinin diliAzərbaycan dili
Tanınmış əsəri
  • Qaratoyuq nəğməsi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur.[3][4] Ailəlidir. Bir qızı var.

Fəaliyyəti

2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir.[5]

RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib.[6] Ədəbiyyat sahəsində ən uğurlu telelayihələrdən olan "Yeni səhifə" ədəbi verilişinin müəllifi və aparıcısı olub. "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi və redaktor, Kulis.az mədəniyyət portalında redaktor vəzifəsində çalışıb.

2021-ci ildə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəni Tədbirlərin Təşkili Mərkəzinin jurnalı ona həvalə olunub.[7]

Kitabları

2013-cü ildə "Qaratoyuq nəğməsi" adlı ilk romanı işıq üzü görüb.[8][9]

2015-ci ildə "Şeiraltı" şeirlər kitabı nəşr olunub.[10][11]

2018-ci ildə müəllifin növbəti kitabı - "Su sərgisi" romanı çapdan çıxıb.[12][13][14]

2020-ci ildə "Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" adlı araşdırma kitabı işıq üzü görüb.[15][16][17][18]

2022-ci ildə "Şişirdilən məşhurlar, cırılan maskalar, kölgədə saxlanan şəxsiyyətlər – İfşa" adlı kitabı işıq üzü görüb. Kitabda yazıçının müxtəlif vaxtlarda qələmə aldığı portret yazılar və esselər yer alıb.[19][20]

Mükafatları

Müəllifi olduğu "Rənglər" sosial çarxı "Azərbaycan ailəsi" film festivalının xüsusi mükafatına, "Almafobiya" booktraileri III Booktrailer festivalında III yerə layiq görülüb. "Su sərgisi" romanına görə 2019-cu ildə Ədəbiyyat üzrə "Uğur" mükafatına layiq görülüb.[21][22][23]

2019-cu ildə esse və məqalələrinə görə "Əli bəy Hüseynzadə mükafatı" alıb.[24][25]

İstinadlar