Sərdarabad (kənd)

Sərdarabadİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad rayonunda kənd.[1]

Kənd
Sərdarabad
40°08′10″ şm. e. 44°00′50″ ş. u.
Ölkə Ermənistan
RegionSərdarabad mahalı
RayonSərdarabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü865 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi44 nəfər (1897)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Sərdarabad xəritədə
Sərdarabad
Sərdarabad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.

Toponim "bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncamı vermək hüququqna malikolan hakim" mənasında işlənən sərdar sözü ilə[3] abad sözünün birləşməsindən əmələ gəlib, "Sərdarın abad etdiyi, saldığı kənd" mənasını verir. Toponimin tərkibindəki "sərdar" İrəvan xanının adını əks etdirir. Həmin ərazi İrəvan xanının mülkü olmuşdur.

Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Oktember (Böyük OktyabrSosialist inqilabının şərəfinə) qoyulmuşdur.

Əhalisi

Burada ermənilərlə yanaşı 1897-ci ildə 44 nəfər azərbaycanlı yaşamışdır.[4]

Azərbaycanlılar XX əsrin əvəllərində — 1905–1906-cı illərdə ermənilərin törətdikləri qırğınlarnəticəsində deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar