SSRİ medalları

SSRİ medalları (rus. Медали СССР) — kommunizm quruculuğunda, sosialist ölkəsinin müdafiəsində xüsusi xidmətlərə görə verilən dövlət mükafatları[1]. SSRİ konstitusiyasına görə (maddə 121, bənd 9) SSRİ medallarını SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edir və verir. Hər bir medalı təsis edərkən SSRİ Ali Sovetinin Rəyasət Heyəti eyni zamanda müvafiq medal haqqında Əsasnaməni və həmin medalın təsvirini təsdiq edir. SSRİ medalları ilə təltifetmənin ümumi qaydası həmçinin "SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında Ümumi Əsasnamə" (1979) ilə nizamlanır. İlk sovet medalı "Böyük Oktyabr sosialist inqilabının 3 illiyi" medalıdır[2][3](1920).

SSRİ medallarının növləri

İlk sovet medalı - "Böyük Oktyabr sosialist inqilabının 3 illiyi"

SSRİ medalları bir neçə qrupa bölünür:

  1. Xüsusi fərqlənmə nişanları ("Qızıl Ulduz" medalı[4][5][6], "Oraq və Çəkic" medalı[7][8]);
  2. Əmək xidmətlərinə görə təltif etmək üçün ("Əmək igidliyinə görə" medalı[9], Əməkdə fərqlənməyə görə" medalı[10], "Əmək veteranı" medalı[11][12]);
  3. SSRİ-nin müdafiəsində xidmətlərə və digər hərbi xidmətlərə görə təltif etmək üçün ("İgidliyə görə" medalı[13], Uşakov medalı[14], "Döyüş xidmətlərinə görə" medalı[15], Naximov medalı[16], I və II dərəcəli "Vətən müharibəsi partizanına" medalı[17] və s.);
  4. SSRİ-nin müxtəlif xalq təsərrüfatı vəzifələrinin həyata keçirilməsində xidmətlərə görə təltif etmək üçün ("Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı[18], "Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı[19], "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı[20] və s);
  5. Çoxuşaqlılığa və uşaqların tərbiyə etdiyinə görə anaları təltif etmək üçün (I və II dərəcəli Analıq medalı[21]);
  6. Vətəndaşlıq və qulluq borcunu yerinə yetirərkən göstərilən xidmətlərə görə təltif etmək üçün ("İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı[22][23], "Yanğın zamanı igidliyə görə" medalı[24][25][26], "Suda boğulanları xilas etməyə görə" medalı[27]);
  7. Böyük Vətən müharibəsi dövründə, şəhərlərin və ərazilərin müdafiəsində, alınmasında və azad edilməsində xidmətlərə və fərqlənməyə görə təltif etmək üçün ("Leninqradın müdafiəsinə görə" medalı[28], "Moskvanın müdafiəsinə görə" medalı[29], "Odessanın müdafiəsinə görə" medalı[30], "Stalinqradın müdafiəsinə görə" medalı[31], "Sevastopolun müdafiəsinə görə" medalı[32], "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı[33], "Yaponiya üzərində qələbəyə görə" medalı[34], "Berlinin alınmasına görə" medalı[35], "Varşavanın azad edilməsinə görə" medalı[36] və s.);
  8. SSRİ xalqlarının tarixində mühüm yubileylərlə əlaqədar olaraq təltif etmək üçün ("1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı[37], "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı[38], "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı[39], "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı[40], "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı və s.).

SSRİ medallarının statusu

Medallar sol döşə ordenlərdən sonra taxılır; "Qızıl Ulduz" medalı"Oraq və Çəkic" medallarından və başqa medallardan yuxarı taxılır; I və II dərəcəli Analıq medalı ordenlərdən və digər medallardan sola, və yaxud onlardan aşağı taxılır. Medalların əvəzinə təsdiq olunmuş rəngdə lent taxmaq olar[41].

SSRİ medallarının siyahısı

Təsis olunma tarixiMedalın adıMedalın şəkiliLentin şəkiliOrijinal adı
24 yanvar 1938"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı[42][43] rus. медаль "XX лет Рабоче-Крестьянской Красной Армии"
17 oktyabr 1938"İgidliyə görə" medalı[44][45] rus. медаль "За отвагу"
17 oktyabr 1938"Döyüş xidmətlərinə görə" medalı[46][47] rus. медаль "За боевые заслуги"
27 dekabr 1938 "Əmək igidliyinə görə" medalı[48] rus. медаль "За трудовую доблесть"
27 dekabr 1938 "Əməkdə fərqlənməyə görə" medalı[49] rus. медаль "За трудовое отличие"
1 avqust 1939"Qızıl Ulduz" medalı Sovet İttifaqı Qəhrəmanı[50] rus. медаль "Золотая Звезда"
22 may 1940"Oraq və Çəkic" medalı Sosialist Əməyi Qəhrəmanı[51] rus. медаль "Серп и Молот"
22 dekabr 1942"Leninqradın müdafiəsinə görə" medalı[52][53][54][55][56] rus. медаль "За оборону Ленинграда"
22 dekabr 1942"Odessanın müdafiəsinə görə" medalı[57][58] rus. медаль "За оборону Одессы"
22 dekabr 1942"Sevastopolun müdafiəsinə görə" medalı[59][60] rus. медаль "За оборону Севастополя"
22 dekabr 1942 "Stalinqradın müdafiəsinə görə" medalı[61][62][63] rus. медаль "За оборону Сталинграда"
2 fevral 19431-ci və 2-ci dərəcəli "Vətən müharibəsi partizanına" medalı[64][65]

rus. медаль "Партизану Отечественной войны"
3 mart 1944Uşakov medalı[66][67] rus. медаль Ушакова
3 nart 1944 Naximov medalı[68][69][70] rus. медаль Нахимова
1 may 1944"Qafqazın müdafiəsinə görə" medalı[71] rus. медаль За оборону Кавказа
1 may 1944 "Moskvanın müdafiəsinə görə" medalı[72][73] rus. медаль За оборону Москвы
8 iyul 1944 1-ci və 2-ci dərəcəli Analıq medalı[74][75] rus. Медаль Материнства
5 dekabr 1944"Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı[76][77] rus. медаль За оборону Советского Заполярья
9 may 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı[78][79][80] rus. медаль За победу над Германией в Великой Отечественной войне 1941-1945 гг.
6 iyun 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı[81][82] rus. медаль За доблестный труд в Великой Отечественной войне 1941-1945 гг.
9 iyun 1945 "Berlinin alınmasına görə" medalı[83][84][85][86][87] rus. медаль "За взятие Берлина"
9 iyun 1945 "Budapeştin alınmasına görə" medalı[88] rus. медаль "За взятие Будапешта"
9 iyun 1945"Vyananın alınmasına görə" medalı[89] rus. медаль "За взятие Вены"
9 iyun 1945"Köniqsberqin alınmasına görə" medalı[90][91] rus. "медаль За взятие Кенигсберга"
9 iyun 1945 "Belqradın azad edilməsinə görə" medalı[92] rus. медаль "За освобождение Белграда"
9 iyun 1945 "Varşavanın azad edilməsinə görə" medalı[93][94] rus. медаль "За освобождение Варшавы"
9 iyun 1945"Praqanın azad edilməsinə görə" medalı[95] rus. медаль "За освобождение Праги"
30 sentyabr 1945 "Yaponiya üzərində qələbəyə görə" medalı[34] rus. медаль "За победу над Японией"
10 sentyabr 1947"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı[96] rus. медаль "За восстановление угольных шахт Донбасса"
20 sentyabr 1947 "Moskvanın 800 illik xatirəsinə" medalı[97][98] rus. медаль "В память 800-летия Москвы"
22 fevral 1948"Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı[99] rus. медаль "30 лет Советской Армии и Флота"
18 may 1948 "Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı[100] rus. медаль "За восстановление предприятий чёрной металлургии юга"
13 iyul 1950"SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı[101][102] rus. медаль За отличие в охране государственной границы СССР
1 noyabr 1950 "İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı[103] rus. медаль "За отличную службу по охране общественного порядка"
20 oktyabr 1956"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı[20] rus. медаль "За освоение целинных земель"
16 fevral 1957"Suda boğulanları xilas etməyə görə" medalı[104] rus. медаль "За спасение утопающих"
16 may 1957 "Leninqradın 250 illik xatirəsinə" medalı[105] rus. медаль В память 250-летия Ленинграда
31 oktyabr 1957"Yanğın zamanı igidliyə görə" medalı[106] rus. Медаль За отвагу на пожаре
18 dekabr 1957"SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı[107][108] rus. медаль 40 лет Вооружённых Сил СССР
21 iyun 1961"Kiyevin müdafiəsinə görə" medalı[109] rus. медаль За оборону Киева
7 may 1965"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı[110] rus. медаль Двадцать лет победы в Великой Отечественной войне 1941—1945 гг.
20 noyabr 1967"Sovet milislərinin 50 illiyi" yubiley medalı[111] rus. медаль 50 лет советской милиции
26 dekabr 1967 "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı[112] rus. медаль 50 лет Вооружённых Сил СССР
5 noyabr 1969"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı[113][114] rus. медаль В ознаменование 100-летия со дня рождения Владимира Ильича Ленина
18 yanvar 1974"Əmək veteranı" medalı[115] rus. медаль Ветеран труда
28 oktyabr 19741-ci və 2-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı[116]

rus. медаль За отличие в воинской службе 1 степени
25 aprel 1975"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı[117] rus. медаль Тридцать лет Победы в Великой Отечественной войне 1941-1945 гг.
20 may 1976"SSRİ Silahlı Qüvvələri veteranı" medalı[118] rus. медаль Ветеран Вооружённых Сил СССР
8 oktyabr 1976"Baykal-Amur magistralının tikintisinə görə" medalı[119] rus. медаль За строительство Байкало-Амурской магистрали
30 sentyabr 1977"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı[120] rus. медаль За преобразование Нечерноземья РСФСР
28 yanvar 1978"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı[121] rus. медаль 60 лет Вооружённых Сил СССР
28 iyul 1978"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı[122] rus. медаль За освоение недр и развитие нефтегазового комплекса Западной Сибири
25 may 1979"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı[123] rus. медаль За укрепление боевого содружества
10 may 1982"Kiyevin 1500 illik xatirəsinə" medalı[124] rus. медаль В память 1500-летия Киева
12 aprel 1985"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı[125] rus. медаль Сорок лет Победы в Великой Отечественной войне 1941-1945 гг.
28 yanvar 1988"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı[126] rus. медаль 70 лет Вооружённых Сил СССР

Ədəbiyyat

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 9—12.
  • Сборник законодательных актов о государственных наградах СССР / Отдел наград Президиума Верховного Совета СССР. — М.: Известия, 1987. — 336 с. — 150 000 экз.
  • Володин А. Н., Мерлай Н. М. Медали СССР. — СПб.: Печатный двор, 1997. — 301 с. — 3000 экз. — ISBN 5-7062-0111-0.

İstinadlar

Xarici keçidlər