Samvel Babayan

Samvel Babayan (erm. Սամվել Անդրանիկի Բաբայան, 5 mart 1965, Stepanakert) — Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı və Daşnaksutyun partiyasına bağlı olan Daşink partiyasının qondarma Qondarma Dağlıq Qarabağ Respublikasındakı nümayəndəsi. "Syamo" ləqəbi ilə tanınır.[1] Xocalı soyqırımını törədənlərdən biridir.[2][3][4]

Samvel Babayan
erm. Սամվել Բաբայան
Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri[d]
yanvar 1995 – avqust 1999
Şəxsi məlumatlar
Doğum tarixi5 mart 1965(1965-03-05) (59 yaş)
Doğum yeri
Fəaliyyətisiyasətçi, hərbi qulluqçu
DiniErməni Həvari kilsəsi
Hərbi xidmət
MənsubiyyətiDağlıq Qarabağ Respublikası
Qoşun növüQızıl Ordu
Döyüşlər
Rütbəsigeneral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1988–1994-cü illər arasında Ermənistan ilə Azərbaycan arasında baş vermiş olan Birinci Qarabağ müharibəsində bir sıra önəmli rollarda çıxış etmişdir. Xüsusilə Laçın dəhlizinin açılması əməliyyatı ilə Şuşanın ələ keçirilməsi üçün nəzərdə tutulmuş hərəkatda bir sıra önəmli həmlələri ilə tanınmışdır. Ermənistan Müdafiə Nazirliyinə Serj Sarkisyanın gətirilməsi ilə 1993-cü ildə qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun baş komandanına çevrilmişdir. 2000-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana etdiyi sui-qəsd planına görə istintaqa cəlb olunmuş və 15 il həbsə məhkum edilmiş olsa da, o, cəmi 4 il həbs həyatı yaşadıqdan sonra əfv edilmiş və azadlığa buraxılmışdır.[5]

İstinadlar