Sergey Sokolov (hərbçi)

Sergey Leonidoviç Sokolov (1 iyul 1911[1][2], Evpatoriya, Tavriya quberniyası[d][4]31 avqust 2012[3][2], Moskva) — Sovet hərbi sərkərdəsi, Sovet İttifaqı Marşalı (1978), Sovet İttifaqı Qəhrəmanı (1980). SSRİ Müdafiə Naziri (1984–1987). Böyük Vətən müharibəsinin iştirakçısı. 1992–2012-ci illərdə Rusiya Federasiyasının Müdafiə Nazirliyi yanında məsləhətçi.

Sergey Sokolov
rus. Сергѐй Леонѝдович Соколо̀в
Şəxsi məlumatlar
Doğum tarixi1 iyul 1911(1911-07-01)[1][2]
Doğum yeri
Vəfat tarixi31 avqust 2012(2012-08-31)[3][2] (101 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d],
  • Zirehli Qoşunların Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
MənsubiyyətiSovet Sosialist Respublikaları İttifaqı
Qoşun növüSovet Ordusu
Xidmət illəri1932-ci ildən
RütbəsiSovet İttifaqı Marşalı
Komandanlıq edib
Döyüşlər
TəltifləriSovet İttifaqı Qəhrəmanı
II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Aleksandr Nevski" ordeni "Şərəf" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Suvorov" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni "İgidliyə görə" medalı "Döyüş xidmətlərinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı "SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı "Moskvanın 850 illik xatirəsinə" medalı "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı Finlandiyanın "Ağ qızılgül" ordeni Polşa Respublikasının "Xidmətlərə görə" ordeni "Xidmətlərə görə" ordeninin ulduzlu komandor dərəcəsi Polşanın İntibah ordeninin ulduzlu komandoru Jubilee Medal "60 Years of the Mongolian People's Revolution" 1-ci dərəcəli "Silah dostluğunun möhkəmləndirilməsinə görə" medalı Order of Klement Gottwald "Karl Marks" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Uşaqlıq və gənclik illəri

Sergey Leonidoviç Sokolov 18 iyun (1 iyul) 1911-ci ildə Pusiya imperiyasının Tavrida quberniyasının Yevpatoriya şəhərində (indiki KrımRespublikası) qulluqçu ailəsində anadan olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Vyatski quberniyasının Kotelniç şəhərinə köşmüş və gələcək marşalın uşaqlıq illəri bu şəhərdə keçmişdir. 1927-ci ildə O, 9 illik məktəbi bitirmişdir. Əmək fəaliyyətinə istehlak cəmiyyətində qab-qacaq qablaşdırıcısı kimi başlamış, sonra məsul komsomol işinə keçirilmişdir.

S.Sokolov 1932-ci ildə Qızıl Ordu sıralarına daxil olmuşdur. Komsomol göstərişi ilə Qorki şəhərində yerləşən zirehli tank məktəbinə daxil olmaq hüququ qazanmışdır. Qəbul imtahanlarını müvəffəqiyyətlə verən S.Sokolov 1932–1934-cü illərdə bu məktəbin kursantı olmuş, vzvoda və rotaya komandirlik etmişdir. Ordu hazırlığını əla qiymətlərlə başa vuran S.Sokolov Uzaq Şərqə tank qoşunlarında hərbi xidmətə göndərilmiş, burada vzvod, pota və batalyon komandiri vəzifələrində işləşişdir. O, tank rotasının komandiri kimi 1938-ci ildə Xasan gölü ətrafındakı döyüşlərin iştirakçısı olmuşdur.

Böyük Vətən müharibəsi illərində

S.Sokolov Böyük Vətən Müharibəsi dövründə — 1941-ci ilin iyun-sentyabr aylarında tank alayının ştab rəisi kimi Qərb cəbhəsində döyüşlərdə iştirak etmişdir. 1941-ci ilin oktyabrından Fəhlə-Kəndli Qızıl Ordusunun Avtozirehli tank idarəsi rəisinin böyük köməkçisi, 1942-ci ilin iyun ayından bu idarədə ştab rəisi, 1943-cü ilin yanvar ayından 1944-cü ilin mart ayınadək Karel cəbhəsinin zirehli tank və mexanikləşdirilmiş qoşunlarını İdarəetmə komandanlığının ştab rəisi olmuşdur.

Müharibədən sonrakı xidmət

S.Sokolov 1967-ci ildə SSRİ Müdafiə Nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir. O, 12 aprel 1967-ci ildə ordu generalı, 17 fevral 1978-ci ildə isə Sovet İttifaqı Marşalı rütbəsinə layiq görülmüşdür.

Sovet İttifaqı Qəhrəmanı, marşal Sergey Sokolov 1984–1987-ci illərdə SSRİ-nin müdafiə naziri postunu tutmuşdur.

Sergey Sokolov 1987-ci ildə alman pilot Matias Rustun idarə etdiyi kiçik təyyarə Moskvanın Qızıl Meydanına icazəsiz, maneəsiz endiyinə görə vəzifədən azad olunmuşdu.

Sergey Sokolov 2012-ci ildə 101 yaşında vəfat edib.

İstinadlar

Mənbə

  • Marşal 102 yaşında vəfat etdi[ölü keçid]
  • Соколов С. Л. Куценко А. Маршалы и Адмиралы флота Советского Союза. — Киев: Полиграфкнига, 2007.
  • Соколов С.Л. Маршалы Советского Союза. Личные дела рассказывают. Институт военных историко-патриотических проблем и исследований. — М.: Любимая книга, 1996.
  • Язов Д.Т. Маршал Соколов. — М.: "Молодая гвардия", 2009.

Xarici keçidlər


Sovet İttifaqı Marşalları
Kliment VoroşilovMixail TuxaçevskiAleksandr YeqorovSemyon Budyonnı • Vasili Blyuxer • Semyon Timoşenko • Qriqori Kulik • Boris ŞapoşnikovGeorgi JukovAleksandr Vasilevskiİosif Stalinİvan KonyevLeonid QovorovKonstantin RokossovskiRodion MalinovskiFyodor TolbuxinKirill MeretskovLavrenti BeriyaVasili SokolovskiNikolay BulqaninHovannes BaqramyanSergey BiryuzovAndrey QreçkoAndrey YeryomenkoKirill MoskalenkoVasili Çuykov • Matvey Zaxarov • Filipp Qolikov • Nikolay Krılov • İvan Yakubovski • Pavel Batitski • Pyotr Koşevoy • Leonid BrejnevDmitri UstinovViktor Kulikov • Nikolay Oqarkov • Sergey Sokolov • Sergey Axromeyev • Semyon Kurkotkin • Vasili Petrov • Dmitri Yazov