Seyidli məscidi

Şuşada məscid

Seyidli məscidiXVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid.

Seyidli məscidi
Xəritə
39°45′19″ şm. e. 46°45′26″ ş. u.
Ölkə Azərbaycan
ŞəhərŞuşa
YerləşirTelman küçəsi, 16
AidiyyatıŞuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixiXVIII əsr
ÜslubuArran memarlıq məktəbi
Vəziyyətinaməlum
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5151
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir.[1][2] Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir.[3][4]

Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür.

Memarlıq üslubu

Məscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil.[5]

Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir. Yerli əhəmiyyətli abidələr siyahısında olan bu abidə də erməni işğalı dövründə xaraba qalmışdır.

İstinadlar

Xarici keçidlər