Seymur Abasov

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsi şəhidi

Seymur Abasov (10 avqust 1999, Buravar, Cəlilabad rayonu29 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Seymur Abasov
Şəxsi məlumatlar
Doğum tarixi10 avqust 1999(1999-08-10)
Doğum yeri
Vəfat tarixi29 oktyabr 2020(2020-10-29) (21 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2017—2019 / 2020
Rütbəsi Kiçik çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020

Həyatı

Seymur Abasov 1999-cu il avqustun 10-da Cəlilabad rayonunun Buravar kəndində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Seymur Abasov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Seymur Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı CəbrayılınQubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Abasov oktyabrın 29-da Qubadlının azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]

Təltifləri

İstinadlar