Shacknews

"Shacknews" (ümumiyyətlə "The Shack" adlanır) — ABŞ videooyun veb saytı. Saytın məzmunu videooyunları və videooyun sənayesinə həsr olunmuşdur. Sayt xəbərlər, məqalələr, resenziyalar dərc edir, tərkibində internet forumu var. "Shacknews" və ona yaxın olan "FileShack" 2009-cu ildən "GameFly" şirkətinə məxsusdur.[2][3] Saytın əvvəlki sahibləri – Stiv Gibson və Maarten Qoldşteyn on ildən çox müddətə saytı işlətdikdən sonra onu satmışdır.

Shacknews
URLshacknews.com
shacknews.com
Açılma tarixi1996
Alexa reytinqi
  • 22.372 (29 noyabr 2017)[1]

İstinadlar

Xarici keçidlər