Solent Universiteti

Solent UniversitetiBirləşmiş Krallıqda, Sauthempton şəhərində dövlət universiteti.

Solent Universiteti
Loqonun şəkli
Xəritə
50°54′29″ şm. e. 1°24′04″ q. u.
Əsası qoyulub12 iyul 2005[1]
Tələbə sayı11.340[2]
Ölkə
Saytsolent.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Universitetin mənşəyi 1856-cı ildə qurulan Sauthempton İncəsənət Kollecinə gedib çıxır. Sauthempton Texnologiya Kolleci və Varşaşdakı Dəniz Araşdırmaları Kolleci birləşdikdən sonra 1984-cü ildə Sauthempton Ali Təhsil İnstitutu yaradıldı.

Sauthempton İnstitutu 12 iyul 2005-ci ildə Solent Universiteti adını aldı.

Kampusları

Solent Universitetinin əsas kampusu (East park Terras)

Solent Universitetinin 3 əsas kampusu var: Şəhər, Varşaş və Timsberi kampusları.[3][4]

Akademik strukturu

Fakültələri

  • Biznesin İdarəetməsi fakültəsi
  • Hüquq və Rəqəmsal Texnologiyalar fakültəsi (Solent Biznes Məktəbi və Solent Hüquq Məktəbini özündə birləşdirir)
  • Yaradıcı İncəsənət fakültəsi
  • Memarlıq və Mühəndislik fakültəsi

Məktəbləri

  • Tibb və Sağlamlıq elmləri Məktəbi
  • Sosial Elmlər və Varşaş Dəniz Məktəbi

Ümumilikdə universitetin nüfuzu artır və ildən-ilə yüksək liqa cədvəllərində yüksəlir. Universitet həmçinin yerli və regional biznes təşkilatlarla, peşəkar orqanlar və sənaye qrupları ilə güclü əlaqələrə malikdir.[5][6]

Araşdırma proqramları

Biznes və Cəmiyyət

Universitetdə həmçinin tədqiqatçıların inkişafı proqramını həyata keçirən və tədqiqat, innovasiya və bilik mübadiləsi üçün mükafatlar verən xüsusi Tədqiqat, İnnovasiya və Sahibkarlıq şöbələri var.[7]

Özəl, dövlət və üçüncü sektorlarla işləyən Solent marketinq, İqtisadiyyat, Beynəlxalq iqtisadi inkişaf, Sahibkarlıq və İnnovasiyalar, həmçinin Kibercinayətkarlıq kimi tədqiqat sahələrinə diqqət yetirlir.

Dənizçilik, Texnologiya və Ətraf mühit

Tarixən Solent Universitetində əsas tədqiqat sahələrindən biri dənizçilik sektoru olmuşdur. Əsas diqqət sənayeyə təsir edən tətbiqi tədqiqat və innovasiyalara, o cümlədən dəniz təhsili və təliminə (o cümlədən texnologiyanın istifadəsi), məşğulluğa, sağlamlıq və təhlükəsizlik, gender və rifaha yönəlib.[8]

Tədqiqatın digər sahələrinə materialşünaslıq və aşqarların istehsalı: akustika; kompüter şəbəkələri, immersiv texnologiyalar, multimedia rabitəsi və proqram mühəndisliyi, eləcə də davamlı dizayn və süni ətraf mühit daxildir. Burada həmçinin Çin Dənizçilik Mərkəzi yerləşir.[9]

Media Texnologiyası

Media Texnologiyası kursları — Yayım Mühəndisliyi, Canlı Səs və Akustika kurslarıdır. Bu kurslar bütün bu əsasları əhatə edən Live Broadkast Tehnologies adlı kursda birləşdirilib.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər