Somanahalli Mallaya Krişna

Somanahalli Mallaya Krişna (ing. Somanahalli Mallaiah Krishna, kann. ಸೋಮನಹಳ್ಳಿ ಮಲ್ಲಯ್ಯ ಕೃಷ್ಣ; 1 may 1932) — Hindistan siyasətçisi.

Somanahalli Mallaya Krişna
kann. ಸೋಮನಹಳ್ಳಿ ಮಲ್ಲಯ್ಯ ಕೃಷ್ಣ
Şəxsi məlumatlar
Doğum tarixi1 may 1932(1932-05-01) (92 yaş)
Partiya
Təhsili
  • Cənubi Metodist Universiteti[d]
Fəaliyyətivəkil, siyasətçi
Dinihinduizm
meaindia.nic.in
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1 may 1932-ci ildə anadan olmuşdur. Hindistanın Karnataka ştatının Maysor şəhərində Maharaca kollecində incəsənət bakalavrı dərəcəsini aldıqdan sonra S. M. Krişna Banqalor şəhərində Hökumət Hüquq Kollecində hüquq üzrə ali təhsilinialmışdır. ABŞ-nin Dallas şəhərində yerləşən Cənubi Metodist Universiteti və Corc Vaşinqton adına Universitetində təhsilini davam etdirmişdir. ABŞ prezidenti C. F. Kenedinin seçkiqabağı kampaniyasında iştirak etməklə S. M. Krişna siyasətəmaraq göstərməyə başlamışdır. ABŞ-dən Hindistana qayıtdıqdan sonra Banqalor şəhərində Renukaçarya Hüquq Kollecində Beynəlxalq hüquq üzrə professor çalışmışdır. Banqalor şəhərini Hindistanın İT paytaxtına çevirdiyi üçün S. M. KrişnanıBanqalorun atası adlandırmışlar. Hindistan Milli Konqresinin üzvüdür.

  • 1962–1967 — Karnataka ştatının Qanunvericilik Assambleyası üzvü;
  • 1968–1971 — Lok Sabhanın (Nümayəndələr Palatası) üzvü;
  • 1971–1976 — Lok Sabhanın (Nümayəndələr Palatası) üzvü;
  • 1972–1977 — Karnataka ştatının Qanunverici Şurasının üzvü;
  • 1972–1977 — Karnataka, Ticarət, Sənaye və Parlament məsələləri üzrə Nazir;
  • 1980–1984 — Lok Sabhanın (Nümayəndələr Palatası) üzvü;
  • 1983–1984 — Sənaye üzrə Dövlət Naziri;
  • 1984–1985 — Maliyyə üzrə Dövlət Naziri;
  • 1989–1992 — Karnataka ştatının Qanunvericilik Assambleyasının sədri;
  • 1992–1994 — Karnataka ştatının Böyük Nazirinin müavini;
  • 1996–1999 — Racya Sabhanın (Ştatlar Şurası) üzvü;
  • 1999–2004 — Karnataka ştatının Böyük Naziri;
  • 2004–2008 — Maharaştra ştatının qubernatoru;
  • 2008 — Racya Sabhanın (Ştatlar Şurası) üzvü;

23 may 2009-cu ildən Xarici İşlər Naziri təyin edilmişdir.Evlidir. İki qızı var.

İstinadlar

Xarici keçidlər