Sor

Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır.[2] 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

Sor
39°29′21″ şm. e. 47°01′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sor xəritədə
Sor
Sor

Toponimikası

Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır.[4]

Tarixi

Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir.[5]Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir. Bununla belə, Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatlarının tərkib hissəsi kimi həmin ilin 29 iyununda Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri alınmışdır.

4 iyun 1993-cü ildə baş vermiş Gəncə qiyamından sonra Xocavənd (Hadrut) rayonunun Cəbrayıl rayonu ilə həmsərhəd kəndlərinə, o cümlədən Sor kəndinə erməni hücumları güclənmişdir. Belə hücumların birində, 1993-cü ilin avqust ayında kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.

9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir.

2020-ci il noyabr ayının 26-da Sor kəndində Azərbaycan Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçu öldürülmüş, 2 nəfər yaralanmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti dekabr ayında bu ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.[6]

Tarixi abidələri

Sor kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar №Abidənin adıTarixiYerləşdiyi ünvanNövüƏhəmiyyət dərəcəsi
235Dini kompleks[7]XIII əsrSor kəndiMemarlıqÖlkə
236Qala[8]Qeyd olunmayıbSor kəndiMemarlıqÖlkə
4326Məbəd[9]XVII əsrSor kəndiMemarlıqYerli

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

İlDaimi əhaliKişilərQadınlar
1999[10]XXXXXXXXXXXX
2009[11]↗XXXX↗XXXX↗XXXX

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax