Cəlaloğlu

(Stepanavan səhifəsindən istiqamətləndirilmişdir)

Stepanavan[1][2], 1924-cü ilədək Cəlaloğlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Loru mahalı, Cəlaloğlu rayonunda, Tona (dəyişdirilmiş adı Debed) çayının sahilində yerləşən şəhər. Cəlaloğlu rayonunun mərkəzi.

şəhər
Stepanavan
Stepanavan
Gerb
Gerb
41°00′34″ şm. e. 44°23′02″ ş. u.
Ölkə Ermənistan
RayonStepanavan rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub1810
İlk məlumat978
Əvvəlki adıCəlaloğlu
Sahəsi
  • 14 km²
Mərkəzin hündürlüyü1.375 ± 1 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi
  • 23.782 nəf. (2010)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu374 256
Poçt indeksi1901–1905
Nəqliyyat kodu37
Digər
stepanavan.am
Xəritəni göstər/gizlə
Stepanavan xəritədə
Stepanavan
Stepanavan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1938-ci ildən respublika tabeli şəhərdir. Hazırda vaxtilə erməni bolşevik Stepan Şaumyanın adını daşıyır.

Cəlaloğlu - Tiflis quberniyasının Borçalı qəzasında kənd. İndi Ermənistan adlananrespublikada inzibati rayon və rayon mərkəzi, şəhər tipli qəsəbə.

Rayon ərazisi IX əsrə kimi Quqark əyalətinin Taşir qəzasının tərkibində olmuş, IX əsrdə Loru hakimiyyəti altında olmuşdur. 1089-1125-cı illərdə rayonun ərazisi gürcü padşahı Davidin hakimiyyətinə tabe olmuşdur. 1801-cı ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçmişdir. 1919 - cu ildən 1920-ci ilin noyabrınadək Loruya daxil olmuş, indiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeçiliyinə keçmişdir. 1930 - cu il sentyabr 9-da Cəlaloğlu rayonu yaradılmışdır.

Toponim qızılbaşların tayfasından olan Əmir Məhəmməd bəy Calaloğlunun adı[3]əsasında yaranmışdır. Məhəmməd bəy Calaloğlu Gürcüstan padşahı Ləvasanı (Kartli hakimi Luar sab)qətlə yetirmiş və Şirvanda özünü öldürmüşdür[4].

Həmin kənd (Cəlaloğlu kəndi) çəpni türktayfasının əmiri Məhəmməd bəy Calaloğluna mənsub olduğu üçün Calaloğlu kəndi adlanmışdır.Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Etimologiya

Lakin Rusiyanın 1828-ci il Türkmənçay müqaviləsi ilə İrəvan xanlığını işğal etməsindən sonra buraya kütləvi şəkildə ermənilər köçürülməyə başlamış və əhalinin tərkibi dəyişməyə başlamışdır. SSRİ dövründən başlayaraq isə ərazidə olan toponim və hidronimlər erməniləşdirilməyə başlamışdır. Erməniləşdirilmiş toponimlərdən birisi Cəlaloğlu şəhər/rayonudur. Sovet hakimiyyəti illərində şəhərin adı dəyişdirilərək Stepanavan (ermənicə: Ստեփանավան, rusca: Степанаван, ingiliscə: Stepanavan) edilmişdir.

Şəhərin adının Cəlaloğlu olduğunu və sonradan erməniləşdirilərək Stepanavan edildiyini təsdiq edən bir çox mənbə var. Belə mənbələrdən birisi Sovet ensiklopediyasıdır.

Sovet hakimiyyəti dövründə çap edilmiş “Azərbaycan Sovet Ensiklopediyası”dır, bu səhifədə hazırda Ermənistanın tərkibində olan Stepanavan rayonu haqqında məlumat verilərək deyilir:

Böyük Sovet Ensiklopediyası, 40/604

Cəlaloğlu şəhəri haqqında Sovet Ensiklopeiyasının verdiyi məlumatların xülasəsi:

bu ərazi 1924-cü ilə yəni Sovet hakimiyyətinə qədər Calaloğlu adlanmışdır.Bu məsələ Rusiya SFSR və Ermənistan SSR də daxil olmaqla SSRİ-yə daxil olan bütün ölkələrin qəbul etdiyi bir şeydir.

İndiki Ermənistanın Torpaq Komitəsinin 1923-cü il qərarı ilə adı dəyişdirilib, Stepan Şaumyanın adına uyğun Stepanavan qoyulmuşdur.

Mənbə

Tarixi Araşdırmalar

İstinadlar

Mənbə

  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995.

Həmçinin bax

Xarici keçidlər