Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) — Stokholmda yerləşən beynəlxalq institut. O, 1966-cı ildə yaradılıb[1] və silahlı münaqişə, hərbi xərclər və silah ticarəti, eləcə də tərksilah və silahlara nəzarət üçün məlumat, təhlil və tövsiyələr təqdim edir. Tədqiqat açıq mənbələrə əsaslanır və qərar qəbul edən şəxslərə, tədqiqatçılara, mediaya və maraqlı ictimaiyyətə yönəlib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu
SIPRI
Loqonun şəkli
NövüVəqf
Yaranma tarixi6 may 1966
Qurucusu
Üzvləri
  • 55 ± 10 nəf.
sipri.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnstitutun təşkilati məqsədi beynəlxalq sülh və təhlükəsizlik üçün əhəmiyyət kəsb edən münaqişə və əməkdaşlıq məsələləri üzrə elmi araşdırmalar aparmaq və beynəlxalq münaqişələrin sülh yolu ilə həlli və davamlı sülh şərtlərinin dərk edilməsinə töhfə verməkdir.

İnstitut 2014-cü ildə Pensilvaniya Universitetinin Lauder İnstitutunun "Global Go To Think Tanks" hesabatına görə ABŞ-dan kənar dünya üzrə ən yaxşı üç araşdırma mərkəzləri arasında yer alıb.[2] 2020-ci ildə SIPRI qlobal araşdırma mərkəzləri arasında 34-cü yeri tutub.[3]

İstinadlar

Xarici keçidlər